Polisin saxladığı şəxsin üstündən parlament vəsiqələri tapılıb –Şri-Lankada
Polisin saxladığı şəxsin üstündən parlament vəsiqələri tapılıb –Şri-Lankada
Şri-Lankanın Balanqoda şəhərində polis 26 yaşlı gənci şübhəli şəxs qismində saxlayıb.
Saxlanılan şəxsdən ölkə parlamentinə aparan yolun xəritəsi, parlament binasına 6 ədəd buraxılış vəsiqəsi aşkar edilərək götürülüb.
Həmçinin şübhəlinin evində planşet, 3 mobil telefon, 13 telefon kartı, bir neçə kredit kartı da tapılıb.
Xatırladaq ki, aprelin 21-də Şri-Lankada törədilən silsilə terror hücumları nəticəsində aralarında36əcnəbinin də olduğu359nəfər həlak olub,500-dək yaralanıb. Polisin məlumatına görə, bu hadisələrlə əlaqədar58nəfər şübhəli şəxs qismində saxlanılıb. Yollarda, hava limanları və başqa mühüm yerlərdə polis postları qoyulub, təhlükəsizlik tədbirləri gücləndirilib. (Report)