POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDU

POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDU


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə M. Lomonosov adına Çallı kənd tam orta məktəbində şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nigah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Bilal Nuriyev şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. O qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.
Zərdab rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamil Əliyev erkən nigahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.
RPŞ-nin əməkdaşı polis leytenantı, Oktay Verdiyev isə dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı təsirdən bəhs edib. Cəmiyyətdə əmin-amanığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları əsasən gənclərdir. Gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hadisə xəbərləri
42 yaşlı kişi dostu ilə birgə arvadının rəfiqəsini lüt soyundurdu, sonra... -  Azərbaycanda TÜKÜRPƏDƏN OLAY

42 yaşlı kişi dostu ilə birgə arvadının rəfiqəsini lüt soyundurdu, sonra... - Azərbaycanda TÜKÜRPƏDƏN OLAY

23-04-2019 10:59 - Milli.az - Hadisə
Həbs və 8 maddəli cinayət işiİstintaq orqanı tərəfindən Həsən Əhmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək), 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.12 il cəza aldı, şikayət etdi, cəzasından 1 il çıxıldıBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Əhmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xia.az digər xəbərlər