Politoloq: “Ermənilər böyük dövlətlərin agenti olmağı xoşlayırlar...”

Politoloq: “Ermənilər böyük dövlətlərin agenti olmağı xoşlayırlar...”

Ermənistanda hakimiyyət dəyişsə də, İrəvanın Dağlıq Qarabağ məsələsinə ilhaqçı mövqedən yanaşması dəyişməz qalır. Siyasi təhlilçilərin vurğuladığı kimi, hətta bəzi məqamlarda Paşinyan iqtidarı daha radikal və daha həyasız mövqe sərgiləyir, Dağlıq Qarabağ ətrafındakı ərazilərin belə qaytarılmasının mümkünsüzlüyünü bildirirlər.


Belədə təbii ki, məntiqli sual yaranır ki, mövcud durumda erməni tərəfi ilə istər Moskvada olsun, istərsə də Paris və ya Vaşinqtonda sülh mövzusunda danışıqlar aparmağın anlamı qalırmı? Əgər onlar bu yolla vaxt uzatmağa, işğal rejimini davam etdirməyə çalışırlarsa, Azərbaycanın taktikası necə olmalıdır? Sülh prosesində imitasiya dönəmi nəhayət ki, bitəcəkmi?


*****


“Ermənilərlə hazırda danışıq aparmaq çətindir. Onlar İrəvanda bir, Moskvada başqa söz deyə, Vaşinqtonda da başqa bir şey iddia edə bilərlər. Nəzərə alsaq ki, Moskva da, Vaşinqton da İrəvanın tərəfindədir, bu, Ermənistanın əlinə işləyir”.


“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri politoloq Rasim Ağayev rusdilli minval.az-a rəsmi İrəvanın Moskvadakı son danışıqlar zamanı Rusiya tərəfindən 2016-cı ildə irəli sürülən planın müzakirə edilmədiyini bəyan etməsini şərh edərkən deyib.


“Ermənilər Cənubi Qafqazda peyda olandan daim yalan danışırlar. İddia edirlər ki, onlar burada doğulublar və ərazilər də onlarındır” deyən politoloq hesab edir ki, sülh danışıqlarının alternativi müharibədir: “Çünki nə hərb, nə də sülh variantı sonsuzadək sürə bilməz. Odur ki, İrəvanın rəsmi mövqeyi ilə bağlı Azərbaycan tərəfdən yüksək səviyyədə aydın bir yanaşma olmalıdır”.


Rasim Ağayev minval.az ile ilgili görsel sonucu


Onun sözlərinə görə, Ermənistanın rəhbərliyi, bu ölkədəki siyasi qüvvələr özlərini birmənalı şəkildə “haqlı” sayır: “Onlar başqalarının torpaqlarını ilhaq eləmək haqqına sahib olduqlarını düşünürlər. Bunu normal hesab edirlər. Əgər onlar Azərbaycanla bu məsələni bitirə bilsələr, 5 ildən sonra eyni şeyi Gürcüstanla başlayacaqlar. Daha sonra məqbul şərait yetişərsə, Türkiyəyə qarşı iddia irəli sürəcəklər. Vaxtilə erməniləri həyasızcasına onlar üçün yad olan ərazilərdə məskunlaşdırdılar. Bu, hazırkı beynəlxalq münasibətlər mərhələsində onların özlərini qeyri-adekvat aparmasının əsas səbəbidir”.


Ekspertə görə, konfliktin uzanması Azərbaycanın işğal altındakı əraziləri ilə vidalaşması təhlükəsi yaradır: “Ermənilər Qafqazda peyda olandan özlərinə sığınacaq tapa bilməyən bir xalqdır. Onlar gəlmədir və hamı bilir ki, burada nə vaxtdan kök salıblar. Onlar əvvəlcə Türkiyəyə meyl ediblər, daha sonra onu atıb Rusiyanın tərəfinə keçiblər. Bu, bir agentura millətidir. Onlara böyük dövlətlərin agenti olmaq xoş gəlir. Bu işdə təcrübələri var. Qarşılığında isə müəyyən siyasi dividentlərə malikdirlər. Onun hesabına da burada möhkəmləniblər”.


R.Ağayevin fikrincə, bu gün Ermənistana güc yolu ilə təzyiq edilməlidir. “Ya da beynəlxalq birliyin siyasi dəstəyinə bel bağlamaq lazımdır. Ancaq buna nail olmaq üçün biz daha aydın mövqeyə sahib olmalıyıq... Ermənilərlə nə haqda danışmaq olar, əgər onlar Azərbaycanın işğal altındakı ərazilərini qaytarmaq istəmirlərsə? Danışıqlar heç nəyə gətirməyəcək. Ermənilər sadəcə, vaxtı uzadır və əlverişli məqam gözləyirlər”, - deyə o, əminliklə qeyd edib və əlavə edib ki, informasiya və təbliğat planında Azərbaycanın qəti addımları çatmır: “Belə güclü maliyyə imkanlarına və beynəlxalq birliyin Azərbaycana xoşməramlı yanaşmasına malik ola-ola, biz daha effektli hərəkət edə bilərik”.


*****


Ermənistanın Qarabağ məsələsində dinc həll variantına hazır olmadığı bu günlərdə həm də işğalçı ölkənin müdafiə naziri David Tonoyanın yenidən Azərbaycanın işğal altındakı ərazilərində, bu dəfə Kəlbəcərdə peyda olmasından və separatçı rejim təmsilçiləri ilə növbəti təmaslarından görmək olar. Bu, həmin Toniyandər ki, iki ölkə rəhbərlərinin Vyana görüşündən dərhal sonra Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələmişdi. Bu dəfə isə o, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündən sonra ərazimizdə görünüb.


“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı keçirilən görüşlərdən sonra Ermənistan rəhbərliyinə daxil olan şəxslərin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi ənənəvi haldır”. Bunu Tonoyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini şərh edən politoloq Elçin Mirzəbəyli deyib (teleqraf.com).


Ekspertin fikrincə, Ermənistan rəhbərliyi bu səfərlərlə işğal altındakı qondarma rejim və orada yaşayan insanlara onu aşılamağa çalışır ki, onlar üçün hansısa təhdid və təhlükə yaranmayacaq: “Digər bir aspekt isə yenə də işğalçı rejim və onun separatçı tör-töküntüsünün Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi və işğalçı qüvvəni geri oturdacağı ilə bağlı təhlükəni hiss etməsi və qorxusudur. Bu amil Tonoyan və ondan əvvəlki erməni rəsmilərinin Qarabağa səfərində özünü göstərir”.


Politoloqa görə, bu səfərdə başqa bir amil separatçı rejim və onu himayə edən dairələrlə Ermənistanın indiki rəhbərliyi arasında yaranmış ziddiyyətlərdir. “Son dövrlərdə bu ziddiyyətlər açıq formada nəzərə çarpır. Düşünürəm ki, Tonoyanın Qarabağa gəlişində bu amillər rol oynayır. Burada keçirilən görüşlərin mahiyyətində daha çox indiki şəraitdə Paşinyan hakimiyyətinin korporativ maraqlarını qoruması və separatçıların müəyyən qədər sakitləşdirilməsi faktoru dayanır”, - deyə o qeyd edib.


Elçin Mirzəbəyli xatırladıb ki, bu səfərdən əvvəl həm separatçılar, həm də onları himayə edən dairələr, o cümlədən vaxtilə Serj Sərkisyan hakimiyyətinə daxil olan insanlar Ermənistanın indiki hakimiyyətinə qarşı ciddi ittihamlar səsləndirib: “Bu səfər və burada keçirilən görüşlər müəyyən qədər ”Qarabağ klanı" qorxusuyla bağlıdır. Başqa sözlə, Tonoyanın Dağlıq Qarabağdakı görüşlərinin mahiyyətində bir neçə amilin dayandığını düşünürəm".


*****


Yaranmış durumda Azərbaycanın öz hərbi qüdrətini və ordusunun döyüş qabiliyyətini, bütövlükdə işğalçı ölkə üzərində əzici üstünlüyünü daha da artırması ikiqat önəm kəsb edir. Təqdiredicidir ki, bu yöndə qardaş Türkiyə ilə hərbi əməkdaşlıq ildən-ilə güclənməkdədir. İki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi bunun növbəti təzahürü olacaq. Eyni zamanda işğalçı tərəfə, nəhayət, ağla gəlmək üçün daha bir ciddi xəbərdarlıq anlamı daşıyacaq. Ola bilsin, həm də sonuncu xəbərdarlıq anlamı...(musavat.com)

Açar sözlər
Elçin Mirzəbəyli , Rasim Ağayev , Yeni Müsavat , Türkiyə , Azərbaycan , Qarabağ , Gürcüstan , Moskva , Rusiya , Vaşinqton , Ermənistan , Paris , Vyana , Kəlbəcər , Irəvan
Siyasət xəbərləri

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)

24-04-2019 18:08 - Trend.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
Moderator.az digər xəbərlər
Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

24-04-2019 11:43 - Moderator.az - Mədəniyyət
DİM-dən Moderator.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaqDövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il aprelin 28-də :– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;–xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.