Popkorn satan oğlanın kimliyi məlum olub, o işlə təmin ediləcək

"Azneft" meydanındakı yeraltı keçiddə popkorn satan oğlanın kimliyi məlum olub.

Dərc edilib: Bu gün, 14:14

Popkorn satan oğlanın kimliyi məlum olub, o işlə təmin ediləcək

"Azneft" meydanındakı yeraltı keçiddə popkorn satan oğlanın kimliyi məlum olub.

İnterPress.Az-ın xəbərinə görə, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.

"İndicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi. O bildirdi ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.

Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2017-ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

Onun telefonuna zəng etsələr də, nömrə şəbəkə xidməti kənarındadır.

Gənc arzu edərsə, ona peşə məktəbinə qəbul olunmaq təklif ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək", - A.Mirzəzadə əlavə edib.

Baxış sayı: 332

Siyasət xəbərləri
Interpress.az digər xəbərlər