“Poroşenko azərbaycanlıların da etimadını doğrultmadı” –Diaspor rəhbəri


“Poroşenkoazərbaycanlıların da etimadını doğrultmadı” –Diaspor rəhbəri

“Ukraynada bu ay baş tutmuş prezident seçkisinin ikinci turuhələ də dünyanın diqqət mərkəzindədir və təbii ki, fəallığına görə daim seçilən bu ölkədəki azərbaycanlılar da bu prosesdən kənarda qala bilməzdi. Ukraynalıların etimadını doğrultmayan hazırkı PrezidentPetro Poroşenkohəmçinin biz ölkə azərbaycanlılarının da etimadını doğrultmadı”.

Bu fikirləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdeyib.

O qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat və bu təşkilatın çətiri altında əksər Ukrayna azərbaycanlıları prezident seçkisinin ikinci turunda qalib gəlmişVladimir Zelenskini dəstəkləyib: “Seçki prosesi zamanı çağırışlarımızda, bəyanatlarımızda biz öz mövqeyimizi əvvəldən ortaya qoymuşduq. Bunun da səbəbi digər ukraynalılar kimi, bizim dəPetro Poroşenkonun yürütdüyü siyasətdən narazılığımız idi”.

Seçkinin nəticələrinin gözlənilən olduğunu deyənUABD sədribildirib ki, nəticələr ilə onların proqonozu arasında cəmi 2faiz fərq olub: “Bizim sosial şəbəkələrdə səhifələrimizdə də bu proqnozlar qeyd olunub. Elə gözlədiyimiz kimi, Poroşenko dərhal məğlubiyyətini etiraf etdi”.

“Sabiq PrezidentViktor Yanukoviçindövründəki kimi, sifarişli həbslər, biznesmonopoliyası, xalqın tələblərinin yerinə yetirilməməsi, orta sahibkarlığın sıxışdırılması, fərqli siyasi baxışları olan şəxslərə təzyiqlər və s.Poroşenkoya qarşı xalqın inamını itirdi. Onun hakimiyyəti vaxtında mənim özümə qarşı da təzyiqlər oldu. Amma tarixi vətənimiz Azərbaycanın, o cümlədən yaşadığımız Ukraynanın maraqları daim bizim üçün önəmli olduğu üçün biz bu təzyiqlərdən üzüağ çıxdıq”, –H.Cavadov vurğulayıb.

Diaspor rəhbəri bildirib ki, Zelenskinin xalqın etimadını qazanmasına “Xalqın xidmətçisi” serialında Prezident rolunda çıxış etməsi də kömək etdi: “Mən deyərdim ki, bu serial onun təbliğatının başlanğıcı oldu. O, xalqa “əsl prezident necə olur?” anlayışınıöz peşəsi üzərindən həmin serialdagöstərdi. Bizim Zelenskiyə ümidlərimiz böyükdür, onun qələbəsi bizi sevindirir. Yeri gəlmişkən, onun Azərbaycana xüsusi məhəbbəti var. Dəfələrlə Azərbaycanda olub, problemlərimizi kökündən bilir”.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər