"Prezident Aparatına həmin vaxtlar rus ordusu generallarının biri gedib biri gəlirdi" - TARİX

"Prezident Aparatına həmin vaxtlar rus ordusu generallarının biri gedib biri gəlirdi" - TARİX

Gələn ayın əvvəlində Şuşanın işğalının 27-ci ildönümünü hüznlə qeyd edəcəyik.


Moderator.az olaraq Milli Qvardiyanın keçmiş komandiri, həmin dövrdə ölkədə baş verən proseslərin içərisində olmaqla ölkənin siyasi palitrasına hamıdan yaxşı bələd olan polkovnik Əzizağa Süleymanovun silsilə yazılarını təqdim edəcəyik:


"1992-ci ilin mart ayının 6-da Ayaz Mütəllibov istefaya gedəndən sonra Ali Sovetinin sədri, ölkə prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov Daxili İşlər Naziri general-mayor Tofiq Kərimovu vəzifəsindən azad etməklə özünə gələcəkdə böyük təhlükə hesab etdiyi Ali Sovetin sədr müavini Xalq Cəbhəsi təşkilatının idarə heyətinin üzvü Tamerlan Qarayevin, O cümlədən Tamerlan Qarayevin üzv olduğu Xalq Cəbhəsi təşkilatının əlindən silahlı güc mənbəyinin alındığını hesablamışdı. Daxili İşlər Naziri Tofiq Kərimov deyilənlərə görə Qarabağlı olaraq Respublika Ali Sovetinin sədir müavini Xalq Cəbhəsi təşkilatının idarə heyətinin üzvü Tamerlan Qarayevin dayısı idi. Tofiq Kərimovun keçmiş baş prokuror olmuş Abbas Zamanovla yaxın qohumluq əlaqəsi var idi. Abbas Zamanov həm də Tamerlan Qarayevin qayınatası idi. Bu amili nəzərə alan Ayaz Mütəllibov Tofiq Kərimovu Daxili İşlər Naziri vəzifəsinə təyin etmişdi. Bundan öncə - 1991-ci ilin noyabrın 13-də prezident Daxili İşlər Naziri vəzifəsində işləyən Məhəmməd Əsədovu Prezident aparatında yüksək vəzifəyə - müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri təyin etmişdi.

Erməni millətçiləri ilə cəbhə bölgəsində yaranmış olan hərbi döyüş vəziyyəti günü gündən ağırlaşırdı. Vətənin müdafiəsinə cəlb edilən əsas güc mənbəyi ölkənin kasıb təbəqəsinin balalarının üzərinə düşürdü. Düşünülməmiş plansız keçirilən Daşaltı əməliyyatı, Xocalı faciəsi, ölkə əhalisi arasında öz mənfi təsirini artıq göstərirdi. Dağlıq Qarabağ bölgəsində baş verən toqquşmalar, lokal məğlubiyyətlər, elə bil xalqda ruh düşgünlüyü əmələ gətirirdi. Dağlıq Qarabağ və ona bitişik olan ətraf rayonlar tez-tez erməni separtçılarının təxribatlarına məruz qalırdı. Ölkə daxili müxəlifət yönlü siyasi qüvvələr Ayaz Mütəllibovun istefasından sonra hakimiyyəti ələ almaq üçün hər an fürsət gözləyirdilər.

Dövlət rəhbərliyində çaşqınlıq əmələ gəlmişdi. Sanki elə bil hökümət yox idi. Müxəlifət qüvvələri tərəfindən gündəlik dövlət rəhbərliyi əleyhinə mitinqlər təşkil edilirdi. Demək olar ki, bütün siyasi qüvvələr ölkə daxilində yaranmış bu çaxnaşmadan istifadə etmək istəyirdilər. Ölkə daxilindəki siyasi qüvvələr arasında Xalq Cəbhəsi təşkilatı xüsusi çəkiyə malik idi. Bu təşkilatın daxilində təşkilata rəhbərlik edən liderlər arasında fikir ayrılıqları olmasına baxmayaraq kütləvi şəkildə ölkə əhalisinin hakimiyyətə etimadsızlıq göstərməsi nəticəsində xalqa arxalanan bu təşkilat hakimiyyəti ələ almaq üzrə idi. Sanki ölkədə iki hakimiyyətlik yaranmışdı. Dövlətə rəhbərlik edən şəxslər hakimiyyəti əldən vermək istəmirdilər. Prezident Aparatına həmin anlar rus ordusu generallarının biri gedib biri gəlirdi. Ən cox da Prezident Aparatına gəlib - gedən rus generalı Popov idi. Prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədov belə bir vəziyyətdə artıq dövləti idarə edə bilməyəcəyini başa düşürdü. Hakimiyyəti əldən verməmək üçün Yaqub Məmmədov da müəyyən variantlara əl atırdı. İqtidara yaxın olan siyasi qruplaşmalardan istifadə edirdi. O vaxt bütün bu hadisələr bizim gözümüzün qarşısında baş verirdi. Milli Qvardiya komandanının göstərişinə əsasən Prezident Aparatının mühafizəsinə rəhbərlik etmək birbaşa mənə həvalə edilmişdi. Müxəlifətdə olan siyasi qüvvələr dəstə-dəstə Prezident Aparatına gəlir, prezidentin vəzifəsini icra edən Yaqub Məmmədova siyasi təzyiq göstərərək cürbəcür tələblər irəli sürürdülər. Onları Prezident Aparatı qarşısında mən qarşılayır, gedəndə də yola salırdım. Bir yandan da öz səlahiyyətlərini Ali Sovetin sədrinə verib istefaya gedən keçmiş prezident Ayaz Mütəllibovun tərəfdarları Ayaz Mütəllibovun istefasını qəbu etmək istəmirdilər. Onlar israrla Xocalı faciəsinin istintaqını tələb edirdilər. Ayaz müəllimin yenidən hakimiyyətə qayıtmasını qarşılarına məqsəd qoymuşdular. Ölkədə hər bir siyasi təşkilatın silahlı dəstəsi var idi. Ölkənin hər bölgəsində gizli qruplaşmalar təşkil edilir, bu qruplaşmalar və bir çox siyasi təşkilatlar öz aralarında hakimiyyəti ələ almaq üçün gizli sövdələşmələr aparırdılar. Üzdə olmayıb arxada çox güclü təbliğat aparan siyasi qruplaşmanın biri də özlərini Heydər Əliyev tərəfdarları kimi qələmə verənlər idi. Onların əsas məqsədləri Azərbaycan Respublikasının Konistitutsiyasında əks olunan prezident seçkisi ilə bağlı 65 yaş həddinin aradan götürülməsi tələbi idi. Bu maddə ölkə Konistitutusiyasında dəyişdirilərdisə böyük gücə malik bir siyasi təşkilat ölkə daxilində siyasi meydana çıxacaqdı.


Milli Qvardiyanın yarandığı ilk gündən 4-5 zabit ştat cədvəli üzrə ölkə prezidenti tərəfindən vəzifələrə təyin edilmişdi. Onlardan da biri də mən idim. Milli Qvardiyanın ilk dəfə ölkə prezidenti tərəfindən təsdiq edilmış nizamnaməsinə əsasən Milli Qvardiyaçılara Milli Qvadiyaçı zabit hərbi rütbələri verilməyə başlanmışdı. Bundan əvvəl rütbəsindən asılı olmayaraq Qvardya sıralarına qəbul olunan hər bir şəxs Qvardiyaçı sayılırdı. Milli Qvardiya komandanını səlahiyyətləri ölkə prezidenti tərəfindən təsdiq edildikdən sonra komandanın əmrinə əsasən Qvardiyaçı zabit rütbəsi o şəxslərə verilirdi ki, həmin şəxs Milli Qvardiya komandanın əmrinə əsasən ştat cədvəli üzrə zabit vəzifəsinə təyin edilsin Milli Qvardiyanın nizamnaməsi. ölkə prezidenti tərəfindən təsdiq edildikdən sonra Milli Qvardiyada ştat cədvəli üzrə zabit vəzifələrinə təyinatlar gedirdi. Bu gündən etibarən komandanın əmri ilə Milli Qvardiyada xidmət edib vəzifəyə təyin edilən başqa zabitlərin hərbi rütbələri təsdiq edilirdi. Biz yenidən şəxsi heyətin hərbi hazlıq qabiliyyətini artırmaq üçün hərbi təlimlərə üstünlük vermişdik.

Bu ərəfələrdə hakimiyyət rəhbərliyinin göstərdiyi syasi, iqtisadi cəhdlərə baxmayaraq ölkənin daxilində siyasi vəziyyət heç cür sabitləşmirdi.

Azərbaycan Respublikasından çıxıb getmək üzrə olan rus ordusu çox böyük səxavətlə əlində olan silahları ölkə daxilindəki siyasi qurumlara pulla satır, ya da onların üzvləri ilə gizli danışıqlara gedərək, hərbi hissələrin silah anbarlarına basqın olub deyə, əldən verirdilər. Bəzən də hərbi hissə komandirlərinin göstərişi ilə hərbi hissələrin silah anbarlarından çıxardılıb Rusiyaya aparılan silahların müəyyən hissəsi orada xidmət edən Azərbaycanlı zabit və gizirlərin vaxtında verdikləri məlumata əsasən yeni yaranmış silahlı dəstə üzvlərinin köməkliyi ilə yollarda saxlanılaraq qənimət kimi götürülürdü. Azərbaycandan cıxıb getmək üzrə olan keçmiş Sovet ordusunun hərbi hissələrinin sıralarında xidmət edən Azərbaycan vətəndaşları olan zabit və gizirlər Azərbaycan höküməti dövlət orqanlarının rəhbərləri ilə deyil, birbaşa siyasi təşkilatların rəhbərləri ilə əlaqə saxlayır, Sovet ordusuna komandirlik edən zabitlərin silah və sursatla bağlı hərəkətləri barəsində onlara məlumat verirdilər. Bu yolla da həmin siyasi qüvvələr silahlı siyasi güc mərkəzinə çevrilirdi. Dövlət orqanlarının bəzi güc nazirliklərinin rəhbərləri də gələcəkdə öz siyasi karyeryasını qorumaq naminə hakimiyyətə müxalifətdə olan siyasi müxəlifət qüvvələrinin rəhbərləri ilə isti münasibət quraraq rəhbərlik etdikləri dövlət orqanlarında xidmət edən əməkdaşları vasitəsi ilə əldə etdikləri silahla bağlı məlumatları ölkə rəhbərliyinə vaxtında məlumat vermir, separatçı mövqey tuturdular. Azərbaycan Respublikası ərazisində yerləşən keçmiş Sovet ordusunun silah və sursatı Azərbaycan hökümətinə təhvil verilməli idi. Bu işlə hökümət üzvülərinin səlahiyyətli nümayəndələri məşğul olmalı idilər. O cümlədəndə bu Müdafə Nazirinin borcu idi. Lakin hökümət üzvüləri, Xüsusən də müdafiə naziri siyasi oyunbaza çevrilmiş, dövlətə rəhbərlik edən prezidentin səlahiyətlərini yerinə yetirən Ali Sovetin sədri Yaqub Məmmədovun başı isə sökülməkdə olan hökumət özəyinin bərpasına qarışmışdı.

Azərbaycan Respublikasının dövlət başçısı səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədov ölkə daxili və ölkə xarici siyasi sahədə yaranmış olan əhval ruhiyyənin təzyiqinə dözməyərək ölkə daxilində iqtidara qarşı yaranmış siyasi qüvvələr qarşısından geri çəkilməyə başlamışdı. Bunu hiss edən siyasi qüvvələr isə onun dövləti idarə etdiyi prezident aparatının kandarına günbəgün yaxınlaşırdılar. Yaqub Məmmədov idarə etdiyi hakimiyyətin ömrünü uzatmaq üçün bu siyasi qüvvələr arasında manevr edir, özünə tərəfdaş axtarırdı. Yaqub Məmmədov ölkənin idarəetməsində təcürbəsizlikdən səhvlərə yol verirdi. Xocalı şəhərinin ermənilər tərəfindən işğal edilməsindən sonra Ağdam rayonuna cəbhə bölgəsinə gedib, bir birinə düşmən kəsilən iki özünümüdafiə taborunun komandirini həbs etdirmək əvəzinə Ağdam rayonunun mərkəzi klubuna toplaşan insanların gözü qarşısında bu tabor komandirlərini barışdırmağa cəhd etməsi Yaqub müəllimin ölkə rəhbəri olaraq siyasi karyerasına ləkə salmış oldu. Onun bu barışdırıcı siyasəti Yaqub Məmmədovun dövlət rəhbəri kimi zəif xarakterə malik olduğunu üzə çıxarmış oldu. Bununla da Yaqub müəllim oturduğu iqamətgaha sarı siyasi qüvvələrin yolunu açmış olurdu. Özünə yeni komanda formalaşdıra bilməyən Yaqub Məmmədotv keçmiş ölkə prezidenti Ayaz Mütəllibovun komandası ilə işləmək məcburiyətində qalmışdı.

Ardı var...

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər