Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul etdi

Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosu qəbul edib.

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosa V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini vurğuladı.

2007-ci ildə ATƏT-in fəaliyyətdəki sədri olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşdən danışan qonaq həmin söhbət zamanı Azərbaycanın dövlət başçısının söylədiyi fikirləri bu gün də xatırladığını dedi. Forumun təşkilinə görə minnətdarlığını bildirən Migel Angel Moratinos Bakının dünyada dialoq mərkəzi kimi tanındığını, “Bakı prosesi”nin önəmli bir platformaya çevrildiyini və zamanında irəli sürülmüş təşəbbüs olduğunu vurğuladı. Bildirdi ki, bu prosesin coğrafiyasının genişləndirilməsi və Azərbaycanın multikulturalizm ənənələrinin təşviqi böyük əhəmiyyət daşıyır.

Söhbət zamanı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi dəstək yüksək qiymətləndirildi.

Siyasət xəbərləri
Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizədək azalıb

Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizədək azalıb

02-05-2019 12:06 - Yenisabah.az - Siyasət
Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri üzrə müəyyən öhdəlik götürmüş 193 BMT üzv ölkəsi sırasındadır. “Yeni Sabah” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılış mərasimindən sonra işini “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşündə deyib. Onun sözlərinə görə, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib addımlar atır: “Azərbaycan BMT-nin fəal üzvüdür, yoxsulluq və işsizliklə mübarizədə nailiyyətlərinə görə “Cənub-Cənub” mükafatına layiq görülüb”. S.Həsənova xatırladıb ki, 2000-ci illərin əvvəlində ölkədə yoxsulluq səviyyəsi 50 faizə bərabər idi, indi isə bu göstərici 5 faizədək azalıb. Nazir müavini əlavə edib ki, Azərbaycan hökuməti Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurası yaradıb və bu qurum aktiv fəaliyyət göstərir. Xatırladaq ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir.
Publika.az digər xəbərlər