Prezident bu qanunu dəyişdi

Prezident bu qanunu dəyişdi
22:39 01 Aprel 2019
Prezident İlham Əliyev "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Qanuna edilən dəyişikliyə görə, geoloji parklar da xüsusi mühafizə olunan ərazilər siyahısına daxil edilib. Həmçinin, qanuna geoloji parklarla bağlı yeni fəsil əlavə edilib.
Geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.
Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.
Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Prezident Emoməli Rəhmonla söhbət edib
- Prezident “Huawei” şirkətinin sədri ilə görüşüb
- Prezident YUNESKO ilə imzalanmış sazişi tesdiqlədi
- Prezident yol açılışında iştirak edib
- Prezident Zelenskini təbrik edib
- Prezident sərəncam verdi - 6,8 milyon pul ayırdı
- Prezident “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi”ni təsdiqləyib
- Prezident Vahid Əliyevi təltif etdi
- Prezident bu şəxsə “Şöhrət” ordeni verdi
- Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq