Prezident DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib

Prezident DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi. (Azərtac)

loading...

Siyasət xəbərləri

Nizami rayonunda “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirildi

09-05-2019 19:44 - Cebhe.info - Siyasət
Nizami rayonunda “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirildi
 09/05/2019 19:44:12 Bu gün Nizami Rayon İcra Hakimiyyətində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirilib.

Cebhe.infoxəbər verir ki, tədbirdən öncə iştirakçılar Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartdığını, ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb.

Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini söyləyən Arif Qasımov, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini qeyd edib.

Arif Qasımov ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidməti olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb.

“Müdrik siyasi xadim” mövzusunda məruzə ilə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında əvəzolunmaz və unudulmaz xidmətləri barədə fikirlərini açıqlayaraq bildirib ki, bütün həyatını Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Pia.az digər xəbərlər