Prezident İlham Əliyev “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.

ONA Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, "China National Electric Engineering" şirkətinin prezidenti Cao Huy aprelin 24-də Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə əlaqədar niyyət protokolunun imzalandığını bildirib.

Bundan əvvəl də ölkəmizdə müxtəlif sahələrə dair bir neçə layihəni həyata keçirdiklərini deyən Cao Huy Azərbaycandakı investisiya mühitindən, xarici sərmayədarlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıb və buna görə dövlətimizin başçısına təşəkkür edib.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının ölkəmizdə prioritet sahə olduğunu deyərək dünən müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənədin imzalandığını, bununla da Azərbaycanın sənaye sahəsinə çoxlu sərmayənin yatırılacağını bildirib. Sumqayıt Kimya Sənaye Parkında xüsusi vergi rejimlərinin tətbiq edildiyini, bunun isə xarici sərmayədarlar üçün daha cəlbedici olduğunu deyən dövlətimizin başçısı "China National Electric Engineering" şirkətinin növbəti rezident kimi Kimya Sənaye Parkında öz müəssisəsini yaratmasını yüksək qiymətləndirib, bu müəssisənin Azərbaycanın ixrac imkanlarını artıracağını bildirib. Dövlətimizin başçısı ölkəmizdə yaxşı sərmayə imkanlarının olduğunu, Dünya Bankının "Doing Business" hesabatına görə Azərbaycanın 32 pillə irəliləyərək dünyada ən çox islahat həyata keçirən 10 ölkə sırasında olduğunu vurğulayıb. Bununla da Azərbaycanın böyük tərəqqiyə nail olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə xarici sərmayələrin yüksək səviyyədə qorunduğunu, bunun xarici investorlar üçün ölkəmizin cəlbediciliyini artırdığını vurğulayıb.

***

11:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.

ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Siyasət xəbərləri
Ona.az digər xəbərlər