Prezident: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"

Prezident: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"
Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

Ölkə başçısı qeyd edib ki, işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib: "İnsanlarımız etnik təmizləməyə məruz qalmışdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib.

Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".

Açar sözlər
Ilham Əliyev , Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası , Azərbaycan Respublikası , Ermənistan , Pekin
Siyasət xəbərləri
Ordu.az digər xəbərlər