Prezident Pekində görüşlər keçirdi - FOTOLAR

Prezident Pekində görüşlər keçirdi -
FOTOLAR

Prezident İlham Əliyev Pekində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb. Azvision.az xəbər verir ki, Li Zixue onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirdi.


Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Zixue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirdi. Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirdi.


İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlətimizin başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işlərin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini dedi. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.


Prezidenti İlham Əliyev həmçinin Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb. Görüşdə Vu Mançin “CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.


Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.




Açar sözlər
Ilham Əliyev , Azərbaycan , Çin , Pekin
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər
“Qazın limitini artırıb, Qarabağa azadlıq istəyənlərin “qaz”ını almaq lazımdır...”

“Qazın limitini artırıb, Qarabağa azadlıq istəyənlərin “qaz”ını almaq lazımdır...”

24-04-2019 19:51 - Moderator.az - Siyasət
“Əşşi, qaçqın-köçkün, Qarabağ qazisi kimdir ki, deyə ki, torpaqları müharibə yoluyla azad etmək gərəkdir?..” Milli Məclisin dünənki iclasında hörmətli spiker Oqtay Əsədovun, möhtərəm deputatlar Qənirə Paşayeva, Fazil Mustafa, Fərəc Quliyev və digərlərinin Qarabağ və qaza, işığa qoyulan limitin artırılması məsələləri ilə bağlı çıxışlarını dinləyib belə qənaətə gəldik ki, gələcək üçün strategiyamız hələlik bu cürdür:“Qazın, işığın limitini artırmaq, Qarabağa azadlıq istəyənlərin “qazı”nı almaq lazımdır...”***Şəxsən bir vətəndaş kimi düşünürəm ki, qazın, işığın limitini artırmasaq da olar, amma Qarabağa azadlıq istəyinə mütləq hədd, limit qoymaq lazımdır...***Qarabağ məsələsinin ətalətli, üzr istəyirəm, ədalətli həlli üçün xaricdə kifayət qədər lazımlı danışıqlar aparılır, ona görə də daxildəki: çayxanalarda, xeyir-şər məclislərində, evlərdə, sosial şəbəkələrdə, saytlardakı lazımsız danışıqlara limit qoymaq lazımdı ki, camaat lazım gəldi-gəlmədi, ağzına gələni danışıb həddini aşmasın...***Əşşi, adi vətəndaş, özü də qaçqın-köçkün, nə bilim, Qarabağ qazisi, veteranı, əlili kimdir ki, evdə, küçədə, mitinqdə deyə ki, torpaqları müharibə yoluyla azad etmək gərəkdir.