Prezident Sevda Ələkbərzadəyə mənzil hədiyyə etdi

Prezident Sevda Ələkbərzadəyə mənzil hədiyyə etdi

Prezident İlham Əliyev Əməkdar artist Sevda Ələkbəzadəyə mənzil bağışlayıb

S.Ələkbərzadə Oxu.Az-a açıqlamasında xəbəri təsdiqləyib.

Müğənni bunu səhnə fəaliyyətinin, yaradıcılığının 30 illiyi üçün ən böyük hədiyyə adlandırıb.

Xatırladaq ki, Sevda Ələkbərzadə 1977-ci ildə anadan olub. İlk fəaliyyətinə “Aypara” qrupunda ifaçı kimi başlayıb.

Məşhur RAST qrupunda solist-ifaçı olub.

Azərbaycanı beynəlxalq mahnı müsabiqələrində təmsil edib. O, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.

loading...

Mədəniyyət xəbərləri
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri açıqlandı

I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri açıqlandı

02-05-2019 12:26 - Azvision.az - Mədəniyyət
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir: I ixtisas qrupu üzrə: - Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır; - “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır; - Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır; - Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır: - Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Pia.az digər xəbərlər