"Prezident tərəfindən çox mühüm addımlar atılıb" ÖZƏL-MÜNASİBƏT

"Prezident tərəfindən çox mühüm addımlar atılıb" ÖZƏL-MÜNASİBƏT

“Bu il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox mühüm addımlar atılıb. Dövlət başçısı ölkənin xaricdə beynəlxalq səviyyədə nüfuzunun daha da artırılması üçün böyük işlər görüb. Qeyd edə bilərik ki, həm ikitərəfli, həm də çoxtərəfli çox böyük layihələr həyata keçirilib. Buna misal olaraq Cənub-Şimal layihəsini, TAP, TANAP layihələrini və s. göstərə bilərik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.

Onun sözlərinə görə, bunlar hamısı Azərbaycanın iqtisadi cəhətdən nəinki inkişafı, eləcə də onun təşəbbüskarı və vəsait qoyan investor ölkə kimi də dünyada tanıdır: “Ümumiyyətlə, Davosda keçirilən görüşlər və orada iqtisadi baxımından ayrı-ayrı sahələrə aid verilən reytinqlər də Azərbaycanın xeyli irəlilədiyini göstərdi. Təbii ki, bu da cənab Prezidentin yürütdüyü siyasətin, ölkədə icraçılar qarşısında qoyduğu vəzifələrin icrası ilə bağlı əldə olunan nailiyyətlərin göstəricisidir.

Həmçinin beynəlxalq siyasətdə Azərbaycanın çox uğurlu rol oynaması onu təsdiq edir ki, ölkəmizin düşünülmüş, balanslaşdırılmış siyasəti yüksələn xəttlə inkişaf edir. Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq ölkəmiz geostrateji baxımından həm barışdırıcı, həm də birləşdirici rolu müvəffəqiyyətlə oynamaqdadır. Eləcə də ikitərəfli görüşlər də göstərir ki, Azərbaycanın Rusiya, İran, Avropa ölkələri ilə əlaqələri inkişaf etməkdədir. Bu siyasəti cənab Prezidentimiz uğurla həyata keçirir. Bu bizim üçün çox müsbət bir göstəricidir”.

loading...

Siyasət xəbərləri
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:55 - Cia.az - Siyasət
29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı (Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı (Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı (Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı (Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı (Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı –Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Sia.az digər xəbərlər