Prezidentə təqdim edilən "R-010SC" komanda-qərargah maşını - Təyinatı, xüsusiyyətləri və unikallığı (HƏRBİ EKSPERT)

Təhlükəsiz və yüksək keyfiyyətli rabitə qoşunlarının effektiv idarəetməsi, ən vacib şərtlərdən biri olduğu üçün Azərbaycanın Müdafiə Nazirliyi də hər il idarəetmə səviyyəsininin yüksəldilməsi istiqamətində ciddi addımlar atır.
Hərbi məqsədli rabitə vastələrinin əsas istehsalçılarından olan "Elbit Systems" (İsrail), ASELSAN (Türkiyə), "Thales" (Fransa) və s. daim öz məhsullarını Azərbaycan tərəfinə təqdim edirlər.
İsrailin müdafiə sənaye şirkətlərinin hərbi təyinatlı məhsulların istehsalı səhəsində kifayət qədər ciddi uğur əldə etdiyi artıq heç kimdə şübhə doğurmur. Bu şirkətlər içində özünəməxsus dəst-xətti olan "Elbit Sistems" şirkətinin Azərbaycanla əməkdaşlığı uzun illərdir ki, uğurla davam edir. Həqiqətən "Elbit Systems" şirkəti hərbi kommunikasiya vasitələrinin istehsalında dünya liderlərindən biri hesab edilir.

Son zamanlar Müdafiə Nazirliyinin İsraildən əldə etdiyi yüksək texnologologiyalı məhsullardan biri də "Sand Cat" zirehli avtomobili bazasında yaradılan "R-010SC" komanda-qərargah maşınıdır.
"R-010SC" komanda-qərargah maşını (KQM) əməliyyat idarəetmə səviyyələrində tətbiq olunmaqla, hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçün nəzərdə tutulub. "R-010SC" radioidarəetmə məntəqəsi isə analoq və rəqəmsal açıq, məxfi, sinxron tezlik dəyişən, həmçinin bütün növ məlumatların kompüter vasitəsilə ötürülməsi və qəbulu üçün nəzərdə tutulub.
"R-010SC" komanda-qərargah maşınının dəstinə aşağıdakı avadanlıqlar daxildir:VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiya (2 dəst);
VRC-8200 rəqəmsal qısadalğalı radiostansiya (1 dəst);
"Panasonic" məlumatötürmə kompüteri (1 dəst).
"R-010SC" komanda-qərargah maşını, eyni zamanda bir qısa dalğa diapazonunda və iki ultraqısa dalğa diapazonunda radiorabitəni, "Panasonic" məlumatötürmə kompüteri vasitəsilə verilənlərin ötürülməsini təmin edir.

Qısa dalğada hərəkətdə 50 km; dayanacaqda 1000 km;
Ultraqısa dalğada hərəkətdə və dayanacaqda 15-30 km-dir.
Onun tərkibinə daxil olan radiostansiyaların quruluşu, imkanları və üstün cəhətləri ilə tanış olaq. Xatırladım ki, "R-010SC" komanda-qərargah maşınında istifadə edilən rabitə avadanlıqlarının hamısı THF-8000 "Tadiran" ailəsinə məxsusdur, buna görə də onların bir çox funksiyaları bənzərdir.
VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiyaBu radiostansiya standart 25 kHz tezlik diapazonunda 115 kbit/s məlumat ötürülməsi sürəti ilə hərəkət edən obyektlərin videoaxınını təmin edən çoxrejimli bir radio sistemidir. Təkmilləşdirilmiş danışıq qabiliyyətinə, ortoqonal siqnalların genişzolaqlı sinxronizasiyasına və tezlik sıçrayışlarına, o cümlədən COMESEC/ECCM müdaxilə basdırma rejiminə malik olan VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiya sinfində ən təhlükəsiz, mükəmməl və proqramlaşdırıla bilən ən yüksək texnologiya səviyyəsinə aid radio sistemlərdən biri hesab edilir.

Təkmilləşdirilən xüsusiyyətlər radio rabitə intervalını genişləndirməyə, məlumatların ötürülməsində səhvlərin düzəldilməsinin səmərəliliyinin artırılmasına, tezlik tənzimləmə rejiminə və kodlaşdırmaya imkan yaradır.
Şirkət rabitə vasitəsinin kommunikasiya qabiliyyətlərini genişləndirmək üçün avtomatik sürətli məlumatötürmə və uyğunlaşma metodlarını effektiv şəkildə birgə tətbiq etməyə nail olub.
Bu yeniliklər sistemin ən çətin iş şəraitində etibarlı rabitəsini təmin edir. Yüksək məlumat ötürülmə sürəti real zamanda videosiqnalların ötürülməsini təmin etdiyi kimi, elektron poçtun və digər faylların da ötürülməsini təmin edir. Səs siqnalları və məlumatların ötürülməsi təhlükəsizliyi, müasir kodlaşdırma metodları ilə təmin edilir.
Tezliyin sıçrayışlı dəyişməsi və bütün diapazonda ortoqonal siqnalları ilə sinxronizasiya məqsədli radiomaneələrin qarşısının alınması üçün tətbiq edilən patentləşdirilmiş metod, yüksək səs-küylü radiosiqnalların yayılması mühitində də etibarlı rabitəni təmin edir.
Bu radiostansiyalar qabaqcıl C4I sistemlərinə əsaslanır, əlavə olaraq nöqtələrə radio çıxış, etibarlı məlumat ötürülməsinə avtomatik nəzarət və effektiv təkrar translyasiya imkanları kimi qabaqcıl xüsusiyyətləri təmin edir.
VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiyasının əsas xüsusiyyətləri:Çıxış gücü 0,25/5/50 Vt;
İnteqrasiya edilən gücləndirici;
Nəqliyyat vasitəsinin rabitə şəbəkəsinə qoşulma bacarığı;
24 V daimi cərəyanla enerji təchizatı;
CC-9000 rabitə nəzarətçisi;
Effektiv səhv aşkarlanması və düzəldilməsi;
Avtomatik sürətli məlumat ötürmə və uyğunlaşma imkanı;
informasiyanın effektiv kodlanması (SEC);
Əsas stansiya olmadan tezlik sıçrayışlı ortoqonal siqnallarla sinxronizasiya rejimi (ECCM);
Yüksək keyfiyyətli və müasir səs qəbuledici (vocoder);
GPS və AGPSR (yer təyinetmə qlobal sisteminin qabaqcıl qəbuledicisi);
Dörd rabitə kanalına qədər skanetmə (tarama);
Rabitə kanalının fəaliyyət rejiminin açıq və ya qapalı olmasını avtomatik təyin edilməsi;
Səs siqnallarının və ötürülən məlumatların geniş diapazonu;
Çoxşüalı interferensiya (müdaxilə) şəraitində belə siqnalları qəbul edilən təkmilləşdirilmiş alqoritmin çalışma imkanı;
İnteqrasiya edilən IP rabitə nəzarətçisi. "İstifadəçi dostu" interfeysinə malik VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiyanın istismar üstünlükləri:
İnsan-maşın interfeysini idarə edən innovativ menyu;
Açıq, qapalı və ya maneə basdırma rejiminin göstərilməsi;
Aşağı çəki və kompakt ölçü;
Funksional sadəlik və operator üzərin düşən iş yükünün minimuma endirilməsi;
Çıxarıla bilən ön panel;
Real zamanda yüksək sürətlə məlumat və video ötürülməsi imkanı;
Taktiki e-poçt və fayl ötürülməsi;
Xarici terminaldan istifadə etmədən inteqrasiya olunan SMS xidməti;
İqtisadi faydalılığı - uzun müddət fasiləsiz və təmirsiz xidmət etməsi və baş verən nasasızlıqların qısa müddətdə aradan qaldırılması.
VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiya geniş çeşidli aksesuarları və istismar-servis xidmətlərinin tətbiqi ilə müştərilərin tələblərinə uyğunlaşdırıla da bilir. Radiostansiyaya GPS antenləri, aşağı profilli genişzolaqlı antenlər və elastik antenlər daxil olmaqla geniş anten çeşidləri inteqrasiya edilə bilər.
Digər aksessuarlara mirotelefonlar, "sərbəst əl" üçün baş qarniturları, səsgücləndirici və s. aiddir.
VRC-8200 rəqəmsal qısadalğalı radiostansiya
"R-010SC" komanda-qərargah maşınının bazasında quraşdırılan digər bir radiostansiya yenə də "Tadiran" ailəsinin üzvü olan, 125 Vt gücə malik VRC-8200 rəqəmsal qısadalğalı radiostansiyadır. O, qəbuledici və ötürücü rejimlərdə fəaliyyət göstərir, həmçinin istismarın sadəliyi üçün çıxarıla bilən ön panellə təchiz edilir. VRC-8200 rəqəmsal qısadalğalı radiostansiya, VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiya ilə həm eyni şirkətə, həm də eyni ailyə məxsus olduğu üçün onların bir çox xüsusiyyətləri eynidir. Buna görə də yalnız fərqli cəhətlərə diqqət yetirəcəyik.
VRC-8200 - SSB vahid zolaqlı və 2-ISB müstəqil yan zolaq modulyasiyasına malik multi-adaptativ taktiki qısadalğalı radio-rabitə sistemidir.

Radiostansiya STANAG 4538 və MIL-STD-141B standartlarına uyğun olan 3G və 2G ALE rejimindən istifadə edir, real zaman miqyasında ən yaxşı tezlikli kanalın avtomatik seçim funksiyasına malikdir. Mil-STD-188-110B və STANAG 4539 standartlarının tələblərinə cavab verən yüksək adaptiv ötürmə sürətinə malik modem, bu versiyada 19.2 kbit/saniyəyə qədər məlumat ötürülmə (data) sürətini təmin edir. STANAG 5066 PC standartı istifadəçilərə İnternetə, e-poçta və mesaj marşrutlarına qoşulmaq, STANAG 4444 standartları isə uyğun olan rəqəmsal şifrələməni, alqoritm qarışdırılmasını və tezlik sıçrayışını əhatə edən ECCM və COMSEC rejimlərindən istifadə imkanı verir.
Nəqliyyat vasitələrinə, gəmilərə və sabit qurğular üçün nəzərdə tutlan NVIS anteni (zenit şüalanma anteni), məlumatların ötürülməsində "ölü zonalar" buraxmadan tezlik sıçrayışlarına imkan verir.

"Tadiran" ailəsinin yüksək texniki xüsusiyyətləri həm də özündə MMI menyusu tərəfindən idarə edilən, parlaq və asan oxunan LCD displeyi, çox sürətli MELP səs kodlaşdırıcını (vocoder) birləşdirir. VRC-8200 yüksək göstəricilər təmin etməklə ən çətin əməliyyat mühitində fəaliyyət göstərmək üçün nəzərdə tutulur.
"Tadiran" THF-8000 radiostansiyaları ailəsi GPS imkanı ilə 20-dən 400 Vt-dək müxtəlif variantlar təklif edir:- 3.35 kq çəkidə, 20 Vt gücündə daşınan konfiqurasiyada PRC-8020 radiostansiyası;
- "Ölü zonalar"ı aradan qaldırmaq üçün antenlər ilə təchiz edilən 125 Vt gücündə avtomobilin konfiqurasiyasında VRC-8200 radiostansiyası;
- 400 Vt-a qədər yüksək gücə malik sabit konfiqurasiyada GRC-8400/8600 radiostansiyası. "Panasonic" məlumatötürmə kompüteri
"R-010SC" komanda-qərargah maşınında istifadə edilən növbəti avadanlıq "Panasonic" məlumatötürmə kompüteridir. Bildiyimiz kimi, zirehli avtomobildə yerləşən və hərbi məqsədlər üçün nəzərdə tutulan istənilən avadanlıq daha ciddi standartlara cavab verməlidir. Kompüterin komponentlərini təhlükəsiz kopusda yerləşdirməklə onu zərbələrdən, titrəmələrdən, nəmişlikdən, toz və qumdan, həmçinin temperatur və təzyiq dəyişmələrindən qorumaq mümkündür. Elektron vasitələrin qorunması üçün hazırda iki standart tətbiq edilir. Hərbi məqsədlər üçün nəzərdə tutulan "Panasonic" kompüterləri İP65 (Ingress Protection Rating- nüfuzetməyə qarşı davamlılıq reytinqi) və ABŞ-ın MIL-STD-810G standartlarına cavab verəcək şəkildə hazırlanır.


MIL-STD-810G-nin sınaq siyahısı olduqca genişdir və sərt tələblər irəli sürür. Onun əsas maddələri çirk, qum, toz, nəm, titrəmə sınağı ilə bərabər zərbə, donma və ərimə prosedurlarını nəzərdə tutur.
"Panasonic" şirkəti təhlükəsizlik standartlarına görə ən sağlam kompüter istehsalçısılarından biri hesab edilir.
"R-010SC" komanda-qərargah maşınlarında "Panasonic" şirkətinin istehsal etdiyi və yüksək qorunmaya malik "Toughbook" CF-20 kompüterinin quraşdırıldığı ehtimal edilir. Bu kompüterlər ən sərt ərazi şəraitində işləmək üçün unikal məhsul hesab edilir. "Toughbook" CF-20, həm noutbuk, həm də planşet kimi 6 müxtəlif transformasiya rejiminə malikdir. Qurğu iki hissədən ibarətdir - klaviatura və planşet; onlar həm ayrı, həm də yığılmış vəziyyətdə istifadə edilə bilər.
"Panasonic" istehsalı "Toughbook" CF-20, altıncı nəsil Intel® Core ™ m5-6Y57 vPro ™ prosessoru, 8 QB RAM, 800 nits-ə qədər parlaqlığa malik bir 10.1 "toxunma" ekranlı, WLAN və "Bluetooth" bağlantılı, 7 + 7 saatlıq resursu olan iki batareya ilə təchiz olunur.
Onun korpusu maqnezium ərintisindən hazırlanır. "Panasonic" "Toughbook" CF-20 MIL-STD-810G və IP65 standartlarına cavab verir. Qiyməti təxminən 4500 avrodur.

Adı: "Panasonic" "Toughbook" CF-20 mk1
Artikul: CF-20A0205T9
Ölçüləri: 272x233x33.5 mm dəst halda; 272x196x16,4 mm - planşet halında
Çəkisi: 1.76 kq dəst halda; 950 qr planşet halda
Zəmanət: 3 il Texniki xüsusiyyətlər:
Prosessor və əsas mikrosxemlər
Prosessor Intel® Core ™ m5-6Y57 vPro ™
Prosessor sürəti İntel® Turbo Boost texnologiyası ilə prosessor tezliyi, 1.1 GHz-dən 2.8 GHz-ə qədər , 4MB Intel® Smart Cache
Əməliyyat yaddaşı RAM DDR3, 8GB
İnformasiya saxlama sistemi həcmi SSD SATA, 128GB
Ekran növü TFT FHD 800 cd/m2-ə qədər, sensor ekran (10 barmaq)
Ekran diaqonalı, 10.1"
Ekran qətnaməsi 1920x1200 FHD
Videokarta Intel® HD Graphics 515
Əlaqə vasitəsi və naviqasiya


Bluetooth 4.1 Sinif 1WLAN Intel® Dual Band Wireless-AC 8260
Genişləmə yuvaları MiniSD-1 ədəd və SD/SDHC kart oxuyucusu - 1 ədəd
İnterfeys HDMI
Video çıxış VGA klaviaturası və USB 2.0/3.0 x1/x3
1 cüt xarici qulaqlıq yuvası
Daxili mikrofon
1 cüt xaici anten yuvası
2 ədəd 4200 mAh tutuma malik İnternal Li-Ion batareyası
Bir batareyanın iş saatı 7 saata qədər
İki batareyanın (klaviatura və planşet) iş saatı 14 saata qədər
Şəbəkə adapteri
Giriş: 100V - 240V AC, 50Hz/60Hz, Çıxış: 16 VDC, 4.06A
Ümumi parametrlər
Korpusun materialı - zərbəyə davamlı maqnezium ərintisi
Kameralar - ön 2MP, arxa 8MP (avtomatik fokusla)
Win10 Pro əməliyyat sistemi
Təhlükəsizlik səviyyəsi MIL-STD 810G, IP65
Əməliyyat temperaturu, -10 +50 °C. Mənbələr:
http://radiocom-review.blogspot.com/2011/11/telefunken-racoms-comsececcm-cnr-9000_22.html
http://zoom.cnews.ru/publication/item/53580
https://trcvr.ru/2016/09/03/%D1%81%D0%BE%D0%B2%D1%80%D0%B5%D0%BC%D0%B5%D0%BD%D0%BD%D1%8B%D0%B5-%D0%B7%D0%B0%D1%80%D1%83%D0%B1%D0%B5%D0%B6%D0%BD%D1%8B%D0%B5-%D1%82%D0%B0%D0%BA%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0%B5-4/
http://radiocom-review.blogspot.com/2011/12/elbit-systems-tadiran-thf-8000.html
https://censor.net.ua/blogs/1105103/rossiyiskiyi_signal_izrailskih_radiostantsiyi
Hərbi ekspert Ədalət Verdiyev