Prezidentin kitablarının məktəblilərə məcburi satışı başlandı- Rəzalət...

Prezidentin kitablarının məktəblilərə məcburi satışı başlandı- Rəzalət...

Yaxşı ki, Azərbaycanda belə şeylər olmur...

Türkmənistanda məktəblilərin prezident Qurbanqulu Berdımuhəmmədovun kitablarını almağa məcbur edilməsi haqda xəbərlər yayılıb.


Moderator.az-ın "Azadlıq" radiosunun türkmən redaksiyasına istinadla verdiyi xəbərə görə, ötən həftə Aşqabadda 12, 48, 50, 54 və 160 saylı orta məktəblərin yaz tətilində olan 10-11-ci sinif şagirdləri məktəbə çağrılıb və onlara təcili olaraq ölkə başçısının müəllifi olduğu kitablardan almalı olduqları deyilib. Üstəlik, şagirdlər bu kitabları özlərinə yox, məktəbdə təşkil olunan prezident kitabları guşəsinə hədiyyə kimi almalıdırlar. Belə ki, 1 mayda məktəblərdə Türkəmistan prezidentinin kitablarından ibarət daimi sərgi açılacaq.


Sərgidə daimi olaraq nümayiş etdiriləcək kitabları valideynlərin hesabına almaq istəyən məktəb rəhbərliyi jurnalistlərin tələbin onlara konkret kim tərəfindən qoyulması haqda sualına cavab verməyib.


Türkmənistan liderinin hər kitabı 400 türkmən manatıdır, yəni təxminən 115 dollar. Bu isə əksər türkmən ailələri üçün böyük məbləğdir. Buna görə də valideynlər məktəb rəhbərliyinə etiraz ediblər. Bəzi məktəb rəhbərləri məcbur olaraq qərarı yumşaldaraq bir kitabı iki şagirdin almasını tövsiyə ediblər. Tələb 1 maya qədər yerinə yetirilməlidir.


Qeyd edilir ki, 2006-cı ildən Türkmənistan prezdienti olan Q. Berdımuhəmmədov guya 54 kitab müəllifidir...


P.S. Yaxşı ki, Azərbaycanda belə şeylər olmur...


Sultan Laçın


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər