Prezidentin vetosu işə yaramadı: 15 maya qədər möhlət qoyuldu


Prezidentin vetosu işə yaramadı: 15 maya qədər möhlət qoyuldu

ABŞ Prezidenti Donald Tramp "Rusiya işi" ilə bağlı hesabatı tam həcmdə Konqresə təqdim etməkdən imtina etdikdən sonra Nümayəndələr Palatası hərəkətə keçib.

Cebhe.info xəbər verir ki, Palatanın Kəşfiyyat komitəsinin sədri, demokrat Adam Şiff Ədliyyə naziri Uilyam Barriyə hesabatın tam mətnini göndərmək üçün müraciət edib. Həmçinin xüsusi prokuror Robert Müllerin araşdırmasına dair digər materillar da tələb olunub.

Şiff bildirib ki, bütün materiallar 15 maya qədər təqdim edilməlidir.

Xatırladaq ki, Tramp həmin materialların Konqresə göndərilməsinə veto qoyub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 221