Problemli krediti olan vətəndaşların diqqətinə – Bu gündən pullar qaytarılır

Problemli krediti olan vətəndaşların diqqətinə – Bu gündən pullar qaytarılır

Banklar tərəfindən 22 aprel 2019-cu il tarixindən etibarən “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək vətəndaşların kompensasiyalarının ödənilməsinə başlanılacaq.
Azərbaycan Banklar Assosiasiyasından AZXEBER.COM-a verilən məlumata görə, kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə “Azərpoçt” MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcəkdir.
Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcəkdir. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaqdır.
Kompensasiya ödənişlərinin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə banklar tərəfindən əvvəlcədən SMS və ya zəng yolu ilə məlumatlandırılacaqdır. Fiziki şəxslər onlara ayrılmış vaxtda müvafiq banka yaxınlaşaraq kompensasiyanı əldə edəcəklər.
Bundan başqa, kompensasiya ödənişi ilə əlaqədar kredit təşkilatlarında vətəndaşların operativ şəkildə xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunmuş və müvafiq əməkdaşlar ayrılmışdır. Bu müddətdə, banklar xüsusi iş rejimində işləyərək vətəndaşlara xidmət göstərəcəkdir.

İqtisadiyyat xəbərləri
Dövlət Gömrük Komitəsi bəyanat yaydı

Dövlət Gömrük Komitəsi bəyanat yaydı

22-04-2019 16:46 - Demokrat.az - İqtisadiyyat
Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı səsləndirilən əsassız iddialara gəlincə, bir daha qeyd edək ki, Azərbaycanın gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" qanuna, həmçinin qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Ölkə ərazisinə gətirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s.
Azeuronews.com digər xəbərlər