Prokuror Sumqayıtda arvadını öldürən şəxsə 18 il həbs istədi

Prokuror Sumqayıtda arvadını öldürən şəxsə 18 il həbs istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Yaqub Ağayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Y.Ağayevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi mayın 15-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 12-də Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 27 yaşlı Aynurə Ağayeva aldığı çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Yaqub Ağayev saxlanılıb.

Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib. O, gənc qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib.

Virtualaz.org

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər