PSJ Fransa Superkubokunun sahibi oldu

PSJ Fransa Superkubokunun sahibi oldu

"Pari Sen-Jermen" (PSJ) "Marsel" komandası üzərində qələbə qazanaraq Fransa Superkubokuna yiyələnib.

“Report” xəbər verir ki, görüş Lansedə, "Feliks Bolar" stadionunda keçirilib və 2:1 hesabı ilə qurtarıb.

Qarşılaşmada hesab 39-cu dəqiqədə açılıb. PSJ-nin hücumçusu Mauro İkardi komandasının azarkeşlərini sevindirib. Matçın 85-ci dəqiqəsində Neymar 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirərək PSJ-nin hesabdakı üstünlüyünü artırıb. Bundan 4 dəqiqə sonra “Marsel”in yarımmüdafiəçisi Dimitri Payet komandasının təsəlli qolunu vurub.

Bununla da PSJ Fransa Superkubokunun sahibi olub. Komanda koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatmış 2019/2020 mövsümünün çempionu elan edilib. “Marsel” mövsümün nəticəsinə görə 2-ci yeri tutub.

Açar sözlər
Feliks Bol , Fransa , Lan , Marsel , Koronavirus
İdman xəbərləri
Report.az digər xəbərlər