Putin dəniz donanması komandanını dəyişdi

Putin dəniz donanması komandanını dəyişdi

Vladimir Putin admiral Nikolay Yevmenovu hərbi dəniz donanması baş komandanı vəzifəsinə təyin edib.

RİA Novosti”nin məlumatına görə, müvafiq fərman iclasdaRusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən oxunub.

Hərbi dəniz qüvvələrinin keçmiş baş komandanı Vladimir Korolyov isə “Birləşmiş gəmiqayırma korporasiyası” müəsisəsinə təyinat alıb.

“Əminəm ki, onun “Birləşmiş gəmiqayırma korporasiyasına” keçidi dövlət müdafiə sifarişlərinin və hərbi dəniz donanmasının maraqlarında olan xüsusi proqramların gerçəkləşdiriməsinə şərait yaradacaq”, - deyə Şoyqu bildirib.

Şoyqunun sözlərinə görə, Korolyov 46 il hərbi xidmət çəkib, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə böyük töhfələr verib.

Onu əvəz edənadmiral Yevmenov buna qədər Rusiyanın Şimal donanmasına komandanlıq edib.

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər