Putin dünyanın ən məşhur universitetlərindən birinin fəxri doktoru oldu

Putin dünyanın ən məşhur universitetlərindən birinin fəxri doktoru oldu

Rusiya prezidenti Vladimir Putin Çinin Çinxua Universitetinin fəxri doktoru adına layiq görülüb.

Publika.azxəbər verir ki,bu barədə Kreml məlumat yayıb.

Putin "Bir kəmər, bir yol" Forumuna qatılmaq üçün Çinə səfər edib. Universitetin rektorundan diplom alan Putin "Çinin ən məşhur universitetlərindən biri olan və dünyanın ən yaxşı 10 təhsil ocağından biri hesab edilən universitetin fəxri doktoru olmaq böyük şərəfdir" sözlərini deyib.

Çin prezidenti Si Cinpin isə rusiyalı həmkarını "ən yaxın dostu" adlandırıb.

Qeyd edək ki, Çinxua Universitetinin təməli 1911-ci ildə qoyulub. Çinin ən prestijli universitetlərindən biri olan Çinxuanın ən yaxşı tələbələri sırasında elə prezident Si Cinpin də var.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər