Putin - Kim Çen görüşü: Koreya yarımadası müzakirə edildi

Putin - Kim Çen görüşü: Koreya yarımadası müzakirə edildi


Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Vladivostokda Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə geniş tərkibli görüş öncəsi Vladimir Putin deyib.
O bildirib ki, təkbətək görüş zamanı Koreya yarımadasında vəziyyətin yaxşılaşması üçün hansı addımların atılmalı olduğuna dair müzakirə aparıblar.Şimali Koreya lideri həmkarı Vladimir Putinlə Koreya məsələsini müzakirə etmək üçün Rusiyaya gəldiyini deyib: "Mən buraya şəxsən Vladimir Putinlə görüşərək dünyada birinci dərəcəli marağa səbəb olan Koreya yarımadasındakı vəziyyəti və onun sülh yolu ilə həlini müzakirə etməyə gəldim”,- deyə o, geniş tərkibli görüş başlamazdan öncə deyib.Müzakirələr geniş tərkibli görüşdə davam edir.

Siyasət xəbərləri
Sherg.az digər xəbərlər