Putin Təhlükəsizlik Şurasını təcili topladı


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasını təcili toplayıb.

Bu barədə Kreml məlumat yayıb. Açıqlamada şuranın İranın nüvə razılaşmasındakı öhdəliklərini qismən dayandırmaq qərarı ilə bağlı müzakirə üçün toplandığı bildirilib.

İclasda həmçinin Yaxın Şərqdəki son vəziyyətlə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, ötən gün İran Prezidenti Həsən Ruhani İranın nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin bir hissəsini icra etməkdən imtina etdiyini açıqlayıb. O, nüvə müqaviləsində yer alan 5 ölkənin hamısına bununla bağlı məktub göndərildiyini bildirib.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər