Putin Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə münasibət bildirib

Putin Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə münasibət bildirib
14:38 25 Aprel 2019“Burada dəyərləndiriləsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.
Femida.az “RT”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynada keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib.
Aprelin 25-də Vladivostokda Şimali Koreya (Koreya Xalq Demokratik Respublikasının) lideri Kim Çen Inla görüşdən sonra keçirilən mətbuat konfransında danışan V.Putin bildirib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi rəsmi Kiyevdən asılıdır: “Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik”.
Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.
Oxunub: 97
Oxşar xəbərlər
- Putin Vahid Ələkbərovla görüşdü
- Putinin nə qədər pulu var? - AÇIQLANDI
- Putin soydaşımızı mükafatlandırdı - FOTO
- Putin və Ərdoğan Qarabağı müzakirə edəcək
- Putindən “vor zakon”lara böyük zərbə - O qanunu imzaladı
- Putin Nazarbayevin istefa verəcəyini bilirmiş
- Putinlə Nazarbayev arasında gizli danışıqlar
- Putin Mehriban Əliyevanı təbrik etdi
- Putin və Medvedev Ermənistana səfər edəcək
- Putinlə Ərdoğan arasında telefon danışığı olub