Putin Ukraynadakı prezident seçkisinin nəticələrinə münasibət bildirdi

Putin Ukraynadakı prezident seçkisinin nəticələrinə münasibət bildirdi

Burada dəyərləndiriləsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur.

"RT" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukrayanda keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib.

O, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyinin rəsmi Kiyevdən asılı olduğunu söləyib: "Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik".

Aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Vladimir Putin , Petro Poroşenko , Rusiya Xəbərləri Class , Ukrayna Xəbərləri Class , Kiyev Xəbərləri Class , Rusiya , Ukrayna , Kiyev
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər