Putin və Əliyev Çində görüşdü

Rusiya Federasiyası və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 2,5 milyard dollara çatıb.
BAKI, 26 aprel — Sputnik. Rusiya–Azərbaycan–İran sammiti bu ilin avqustunda Rusiyada keçiriləcək.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiya lideri Vladimir Putin bildirib.
"Biz razılaşdıq ki, avqustda Rusiyada növbəti Rusiya–Azərbaycan–İran sammitini keçirək" - deyə Putin vurğulayıb.
İkitərəfli ticarət sahəsindən danışan Rusiya Prezidenti vurğulayıb ki, Rusiya Federasiyası və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il, təxminən 14% artıb və 2,5 milyard dollara çatıb.
Açar sözlər
Ilham Əliyev
, Vladimir Putin
, Ria Novosti
, Azərbaycan
, Iran
, Rusiya
, Rusiya Federasiyası