Putin və In razılığa gələ bilmədi

Putin və In razılığa gələ bilmədi

Rusiya prezidenti Vladimir Putin və KXDR lideri Kim Çen In arasında Vladivostokda gedən danışıqlarda hər hansı konkret razılaşma əldə olunmayıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlama verib.

Bununla belə, Uşakov liderlər arasındakı söhbətin çox faydalı olduğunu dilə gətirib. Onun sözlərinə görə, Putin və In Koreya yarımadasındakı vəziyyəti, həmçinin, onun inkişafı perspektivlərini müzakirə edib.

Xatırladaq ki, Putinlə Kim Çen Inın görüşü aprelin 25-də Vladivostokda baş tutub. Liderlər bağlı qapılar arxasında iki saata yaxın müzakirə aparıb.

Siyasət xəbərləri
Oxu.az digər xəbərlər