Putin və Trampın G20 sammiti çərçivəsində görüşü gözlənilmir

Putin və Trampın G20 sammiti çərçivəsində görüşü gözlənilmir

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Yaponiyada keçiriləcək G20 sammiti çərçivəsində görüşü gözlənilmir.

İnterPress.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Bu günədək görüş planlaşdırılmayıb və bu barədə heç bir müzakirə aparılmır", -deyə Peskov bildirib.

Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində Böyük 20-liyə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.

İnterPress.Az


Siyasət xəbərləri
Interpress.az digər xəbərlər