Putin Zelenskinin prezident seçilməsindən danışdı

Putin Zelenskinin prezident seçilməsindən danışdı

Rusiya prezidenti Vladimir Putin Ukraynda keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin seçkilərin nəticəsinin keçmiş prezident Poroşenkonun uğursuzluğu olduğunu deyib: "Burada fikir bildirəsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.

Rusiya prezidentinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi rəsmi Kiyevdən asılıdır: "Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik”.

Xatırladaq ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində Vladimir Zelenski 73,22 faiz səslə qalib olub. Keçmiş prezident Petro Poroşenko isə cəmi 24,45 faiz səs yığıb.

Siyasət xəbərləri
Mübariz Qurbanlı - "Yeni Zelandiya və Şri-Lankadakı terrorlar cinayətdir"

Mübariz Qurbanlı - "Yeni Zelandiya və Şri-Lankadakı terrorlar cinayətdir"

25-04-2019 21:39 - Yenisabah.az - Siyasət
Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal ilə görüşüb. "Yeni Sabah" xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təkcə Fransanın deyil, Avropanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri olan Notr-Dam kilsəsində baş vermiş yanğınla bağlı dərin təəssüf hissi keçirdiyini və qədim dini abidənin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu deyib. Azərbaycan ilə Fransa arasında çoxşaxəli münasibətlərin zəngin tarixi olduğunu bildirən Mübariz Qurbanlı əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin Fransaya 1993-cü il tarixindəki səfərinə diqqət çəkib və bu əməkdaşlığın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini qeyd edib.  Ölkələr arasında humanitar yönümlü əlaqələrin də mövcudluğundan danışan Mübariz Qurbanlı 2015-ci ildə Fransaya səfərini və keçirdiyi görüşləri xatırladaraq,  səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə keçirilən konfransda bir sıra aktual məsələlərin müzakirə edildiyini söyləyib, eyni zamanda bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.  Ölkəmizdəki tolerantlıq mühitindən bəhs edən Komitə sədri bildirib ki, Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır.
Pia.az digər xəbərlər