Putindən Qarabağla bağlı VACİB AÇIQLAMA

Putindən Qarabağla bağlı VACİB AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

"Ölkə.Az” xəbər verir ki, Putin danışıq zamanı Rusiya Federasiyasının bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:


"Vladimir Putin Rusiyanın bundan sonra da münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib”.

Bundan başqa tərəflərin danışığında ikitərəfli münasibətlər də müzakirə edilib.

Siyasət xəbərləri
Panorama.az digər xəbərlər
Müdafiə Nazirliyi: Tonoyanın başqa heç bir əlacı qalmayıb

Müdafiə Nazirliyi: Tonoyanın başqa heç bir əlacı qalmayıb

01-04-2019 16:13 - Panorama.az - Siyasət
Az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan mətbuatında guya Azərbaycan Ordusunda neqativ halların mövcud olması ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
 
 
 V.Dərgahlı bildirib ki, vaxtilə erməni ordusuna bel, kürək və digər ləvazimatların alınması üçün ondan-bundan maliyyə vəsaiti toplayan, indi isə bu məharətini ABŞ-dakı erməni diasporundan pul dilənməkdə peşəkarcasına nümayiş etdirən müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusuna qarşı çıxış etməkdən başqa heç bir əlacı qalmayıb:
 
 
 "Erməni tərəfi öz əlaltıları, ölkəmizdən xaricdə yaşayan bəzi üzdəniraq "hərbi ekspertlər”in qərəzli və həqiqətə uyğun olmayan çıxışlarına istinadən Azərbaycan əsgəri, Ordumuzda həyata keçirilən islahatlar, o cümlədən ali rütbəli hərbi qulluqçularımız barəsində qarayaxma kompaniyasını aktivləşdirməklə onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir.
 
 
 Heç bir real fakta əsaslanmayan, ümumi sözlərlə ifadə olunan xəbərləri yayanların məqsədi güclü Ordumuza və onun vətənpərvər şəxsi heyətinə qarşı Azərbaycan cəmiyyətində inamsızlıq hisslərinin formalaşdırılmasına cəhd etməkdir.
 
 
 Biz bu kimi xəbərləri qəti surətdə təkzib edir, onları qərəzli hesab edir və düşmən təbliğatının tərkib hissəsi kimi dəyərləndiririk.