Qadının başında buynuz çıxdı TİBB DÜNYASI ŞOKDA - FOTO

Qadının başında buynuz çıxdı TİBB DÜNYASI ŞOKDA - FOTO

Liza adlı 43 yaşlı qadın tibb dünyasını şoka salıb.

News24.az xəbər verir ki, 5 ildir nişanlı olan qadının başının arxa tərəfinə buynuzabənzər şiş əmələ gəlib. O, 1 il ərzində sözügedən şişi gizlətməyə çalışsa da ağrı verdiyi üçün həkimə müraciət edib. Lisa yaranan problemlə bağlı bunları deyib:

"Hər gün böyüyürdü. Ağrı verirdi. Buynuza bənzəyirdi. Xüsusən də gərgədan buynuzu kimi sər idi. İnsanlar görməsin deyə saçımın altında gizlədirdim. Özümü yaxşı hiss etmirdim".

Həkim müayinəsi nəticəsində sözügedən şişin "dəri buynuzu" olduğu bilinib və əməliyyata ehtiyac qalmadan Lisa buynuzdan canını qurtara bilib.

Mədəniyyət xəbərləri
Aprelin 28-də növbəti imtahanlar keçiriləcək

Aprelin 28-də növbəti imtahanlar keçiriləcək

24-04-2019 11:27 - Azvision.az - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Olaylar.az digər xəbərlər