"Qalatasaray"dan İmamoğluna inanılmaz dəstək

"Qalatasaray"dan İmamoğluna inanılmaz dəstək

YSK-nın İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilmiş seçkinin nəticələrini ləğv etməsi dünən "Qalatasaray" fubol klubunun İdarə Heyətində müzakirə olunub.

Faktor.az “Yeni Sabah”a istinadən xəbər verir ki, müzakirələrdən sonra açıqlama verən İdarə Heyətinin üzvü Hayri Kozak 23 iyunda keçiriləcək təkrar seçkidə "Qalatasaray" tərəfdarlarının İmamoğlunu dəstəkləyəcəyini bəyan edib:

"Tanrı İmamoğlunu bu məmləkətə bağışlayıb. Allah yardımçısı olsun. İnşallah, 23 iyun axşamı təkcə biz deyil, Türkiyənin bayramı olacaq. Bunu ürəkdən arzulayıram. Bu yöndə hamımızın üzərinə vəzifə düşür. Seçkiyə gəlməyənin qulağından tutub, gətirəcəyik. 23 iyunda nöqtəni qoyacağəq. Məmləkətin və çoxumuzun qurtuluş yolu 23 iyunda qazanılan zəfər olacaq. Allah İmamoğlunun da, məmləkətimizin də yardımçısı olsun".

İdman xəbərləri
Faktor.az digər xəbərlər