Qan donduran vəhşilik! İtləri torbalara yığaraq döyə-döyə öldürürlər

Qan donduran vəhşilik!  İtləri torbalara yığaraq döyə-döyə öldürürlər

İndoneziyanın Surakarta şəhərində çəkilən görüntülər qan dondurub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Solo adlanan ət fabrikində həbs edilən minlərlə it torbalara qoyularaq döyülərək öldürülür.

İnsanların yeməsi üçün vəhşicəsinə öldürülən bu itlər bəzən odunla döyülür, bəzən isə boğazları kəsilir.

İndoneziya sallaqxanalarında işgəncəyə məruz qalan bu itlərin bir hissəsi küçələrdən yığılır, bir hissəsi isə mülklərdən oğurlanır. Cani insanlar bu itlərin hürməklərinin qarşısını almaq üçün çənələrinə xüsusi mexanizmə yerləşdirirlər.

Görüntüləri ortaya çıxaran “Dog meat-free” təşkilatı hökümətə bu qorxunc ticarətin qarşısını almaq üçün müraciət edib.

İndoneziyanın müsəlman nüfuzu it ətinin haram olması səbəbilə bu cinayətə ortaq olmasa da, adalarda yaşayan əhali bu itləri yeməkdən çəkinmir.





https://metbuat.az/news/1175148/heyat-yoldasi-terefinden-8-ayliq-hamile-qadin.html

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Indoneziya
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər