Qanı qatı və yağlı olan insan xəstədir — Sağlamlığın qanından asılıdır

Qanı qatı və yağlı olan insan xəstədir — Sağlamlığın qanından asılıdır

İnsanın qan damar sistemi və bu sistemlə axan qan ürək, ağciyər və bütün orqanların işinin əsasıdır. Ola bilər, insanın ürəyi yaxşı, ideal, sağlam olsun, amma hər şey ona gələn qanın keyfiyyətindən asılıdır. Əgər ürəyə təmiz, yaxşı, qidalı qan gəlirsə, ürək uzun illər işləyə bilər. Bunu nobel mükafatı almış alim Aleks Karrel öz eksperimenti ilə sübut edib.

"Ölkə.Az" medicina.az-a istinadən bildirir ki, o, ürəyin orqanizmdən ayrı da avtomat rejimində işləyə biləcəyini təxmin etdiyi üçün belə bir təcrübə aparır. O, toyuğun ürəyini götürərək, onu iri qaba qoyur və ona hər gün minerallar və lazımi maddələrlə zəngin su əlavə edir. Alim suyu hər gün yeniləyir. Bu minvalla həmin ürək 35 il döyünməkdə davam edib. Təsəvvür edin, toyuqsuz. Ürək bilmir ki, o hardadır, toyuqdadır, ya insanda. Yetər ki, ona lazım olan maye çatsın. Professor bu təcrübədə hüceyrənin normal şəraitdə uzun illər yaşaya biləcəyini sübut etdiyi üçün Nobel mükafatı alır.

Halbuki təbiətdə heç bir toyuq 35 il yaşaya bilmir. Səbəb? Ürəyə gələn damarlar və qanın tərkibi, keyfiyyəti.

Qanın qatılığı necədirsə, insanın da həyatı o cürdür. Əgər qanda nəsə düzgün deyilsə, bundan ilk növbədə ürəyin hüceyrələri əziyyət çəkir. Hüceyrələr canlıdır, əziyyət çəkir, sonra ölür. Hüceyrələri getdikcə ölən ürəyin ritmi pozulur, aritmiya, stenokardiya baş verir. Ürəyin tükənməsinin səbəbi oksigen və qanda olan faydalı qidalı maddələrin olmamasıdır.

Deməli, biz ürəyimizin sağlamlığını istəyiriksə, qanımızın yaxşı olmasının qeydinə qalmalıyıq.

Əgər qanda kalsium, natrium, maqniy çatışmırsa, o qan sağlam deyil. Maqniy çatışmazlığından bütün damarlar tor kimi dəlik-deşik olur. Bu cür damardan yaxşı qan keçə bilərmi? Xeyr. Kaliy çatışmırsa, ürək əzələsi yaxşı işləməyəcək.

Ürəyə nə lazımdır?

Ürəyin nasos, motor funksiyası kaliydən asılıdır. Pakistanda Hunzakut əyaləti var. Orda əsas qida qaysı qurusundan olan bir yeməkdir. Bütün yerli əhali məhz bu qida ilə mikroelement tələbatını ödəyir. O əyalətdə bir qanun var. Əgər yerli qız qaysı qurusu olmayan, yeyilməyən yerə ərə gedirsə, qızın ixtiyarı var ki, imtina etsin. Çünki o qız o yeməksiz sağlam yaşaya bilməyəcək. Deməli, ürək üçün başlıca qida qaysı qurusudur.

Ürəyə lazım olan daha bir element Q-10, yəni küenzimdir. Yaponlar bu mikroelementi kəşf edəndə demişdilər: " Biz həyatın iksirini tapdıq".
Ürək sərbəst radikallardan boğulmasın deyə, Q10 çox vacibdir. Bu element arı südündə çox olur.

Sərbəst radikallar siqaret, içki, gündə qaralma, xlor, toksinlər, dərmanlardan çox daxil olur. Bunlarla mübarizə üçünsə yağdan yağ turşuları alınmalıdır. Yəni, yaxşı yağ qəbul olunmalıdır. Xüsusən balıq yağı, Omeqa 3 içməlisiz.

İnsan sidiyə gedəndə 500 ml maye çıxmalıdır. Tualetdə baxın, sizdən bundan az sidik çıxırsa, deməli, ürəyin ətrafı bataqlıqdır. İnsanın orqanizmi dağ çayı kimi olmalıdır. Maye ora-bura sürətlə axmalıdır. Maye dövranı o qədər güclü olmalıdır ki, ürək normal işini görə bilsin.

Əgər sizin qatı, yağlı, selikli, zülallı qanınız varsa, ürək-damar sisteminiz xəstədir. Siz ümumiyyətlə xəstəsiz.

İKT xəbərləri
Olke.az digər xəbərlər