Qar uçqununa düşən ikinci hərbi qulluqçumuzun meyiti tapıldı

Qar uçqununa düşən ikinci hərbi qulluqçumuzun meyiti tapıldı

Məlumat verildiyi kimi, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.


Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi - əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər
Fərrux Fərman , Fövqəladə Hallar Nazirliyi , Azərbaycan Respublikası Müdafiə Nazirliyi , Daşkəsən
Hadisə xəbərləri
Azxeber.com digər xəbərlər