Qar uçqununda həlak olan hərbçilərimizdən birinin nəşi Qazaxa gətirilib - FOTOLAR

Ötən ay Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
Ordu.az-ın Qərb bürosunun məlumatına görə, aparılan axtarışlar nəticəsində onlardan birinin, Hafiz Abdullayevin nəşi tapılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. Hafiz Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edib.
O, doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunub.
Hafiz Abdullayev ailəli idi, 3 övladı var.






Cümşüd Məmmədov
Foto
Teqlər: MN Hərbi-qulluqçu Qar-uçqunu