Qar uçqununda ölən üç alpinistin xatirəsi əbədiləşdirildi

Qar uçqununda ölən üç alpinistin xatirəsi əbədiləşdirildi

2018-ci ilin may ayında Tufandağda cəsədləri aşkarlanan alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsi anılıb.

Moderaor.azsaytı xəbər verir ki, bu barədə tanınmış alpinist Sirxan Məmmədov bildirib. O qeyd edib ki, gənc alpinistlər Tufandağda qar uçqununa düşən dostlarının xatirəsini əbədiləşdirmək üçün onların adları yazılmış xatirə lövhəsini Mahmuddərədə qaya parçasının üzərinə vurublar.

Xatırladaq ki, 2017-ci ilin dekabrından itkin düşmüş Namin Bünyatov, Fəridə Cəbrayılzadə, Babur Hüseynovun cəsədləri bir neçə ay sonra - 2018-ci il mayın 16-da tapılıb.

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri olan alpinistlərin qar uçqununa düşərək, öldükləri bildirilib.


Hadisə xəbərləri
Moderator.az digər xəbərlər