“Qara qapımız”a da qar yağdı- Bu, bizi üşütmədisə,  əlimizdəki ağça otaqları da gec-tez itirəcəyik...-FOTOLAR

“Qara qapımız”a da qar yağdı- Bu, bizi üşütmədisə,  əlimizdəki ağça otaqları da gec-tez itirəcəyik...-FOTOLAR

Bakıdakı rahat kabinetlərdə, mənzillərdə kiminsə həsrətdən burnunun ucu, ürəyinin başı göynədimi?..

Azərbaycanın “qara qapısı”nı əlimizə keçirməsək, bütün qapılar üzümüzə bağlanacaq...

Dünən –aprelin 20-də Azərbaycanın bir sıra dağlıq bölgələri kimi, 27-ci ildir erməni işğalı altında qalan Laçın rayonuna da qar yağıb.

Moderator.az xəbər verir ki, Laçın şəhərinin son qarlı foto-görüntülərini sosial şəbəkələrin erməni seqmentinə istinadla Nicat Nağdalı adlı laçınlı istifadəçi paylaşıb.


P.S. Bu gün Laçına, Kəlbəcərə, Şuşaya qar yağmasının Azərbaycan vətəndaşına isti-soyuğu varmı? Bakıdakı isti kabinetlərdə kiminsə həsrətdən burnunun ucu, ürəyinin başı göynədimi?.. Bu gün Laçın “dəhliz”inə, vaxtilə ermənilərin keçə bilmədiyi “qara qapısı”na yağan qar bizləri üşütmədisə, indi rahat yaşadığımız yurdları, şəhərləri, oturduğumuz isti mənzilləri, ağça otaqları, kabinetləri, geniş dəhlizləri də gec-tez itirəcəyik və diyar-diyar gəzən qaraçılara döndüyümüzdən bütün qapılar da üzümüzə bağlanacaq...


Sultan Laçın


Açar sözlər
Sultan Laçın , Azərbaycan , Bakı , Laçın , Şuşa , Kəlbəcər
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər