Qarabağ: danışıqlar nə barədə gedir, Paşinyan özü sülh istəyirmi?

Qarabağ: danışıqlar nə barədə gedir, Paşinyan özü sülh istəyirmi?

Hazırkı mərhələdə Qarabağ tənzimlənməsi üzrə heç bir sənəd müzakirə olunmur.

Virtualaz.org Ermənistan mənbələrinə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

“Hər şey bəyanatımızda öz əksini tapıb. Biz müxtəlif yanaşmaları və tərəflərin mövqelərini müzakirə etmişik. Bu təbiidir və bu faktdır. Lakin bu gün heç bir sənədi müzakirə etmirik”, - o bildirib.

Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqtonda görüşəcəkləri barədə məlumatın həqiqətə uyğun olub-olmaması barədə suala cavab olaraq nazir bildirib ki. hələlik heç nə müəyyənləşdirilməyib.

Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan “Civilnet” portalına müsahibəsində Qarabağ tənzimlənməsinə toxunub.

“Uzunmüddətli tənzimlənmə və sülh ölkəmiz və region üçün çox vacibdir”, - Qarabağ münaqişəsinin həllini istəyib-istəməməsi barədə sualı cavablandırarkən Paşinyan bildirib.

Qarşılıqlı güzəştlərə hazırlığın mövcudluğu barədə danışan Ermənistan baş naziri qeyd edib ki. Ermənistan təkbaşına hər şeyə cavabdeh ola bilməz.

“Bu məsələ eyni zamanda münaqişənin bütün üç tərəfinə yönəldilməlidir və tərəflərin üçü də buna sinxron cavab verməlidir. Mən bu məsələnin tərəflərə ayrı-ayrılıqda yönəldiyi bu cür rejimdə işləməkdən imtina edirəm. Hamıya deyirəm ki, siz bu sualı Bakıya vermisiniz7 Cavab almışınız?” – o deyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Vyana görüşü kontekstində Paşinyan onun üçün “birbaşa, səmimi, “tələ” olmadan danışıb müzakirə aparmaq” vacibdir.

“Bu, davam etdirilməli söhbətdir və bu cür olsaydı, çox yaxşı olardı. Bunun üçün hər cür zəmin var”, - o əlavə edib.

Baş nazir onu da bildirib ki, Qarabağ məsələsi Ermənistan, Azərbaycan və Qarabağ liderləri səviyyəsində həll oluna bilməz, çünki bunu həmin ölkələrin xalqları həll etməlidir. Paşinyan vurğulayıb ki, xalqlar üçün məqbul olmayan həll mümkün deyil.

Açar sözlər
Ilham Əliyev , Nikol Paşinyan , Azərbaycan , Bakı , Qarabağ , Vaşinqton , Ermənistan , Vyana
Siyasət xəbərləri
Birdəfəlik maddi yardım veriləcək şəxslərin sayı açıqlandı

Birdəfəlik maddi yardım veriləcək şəxslərin sayı açıqlandı

24-04-2019 13:31 - 7news.az - Siyasət

Prezidentİlham Əliyevin İkinci Dünya Müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədəsərəncamı 9300-dən çox şəxsə şamil olunacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, onlardan 400-dən artıq vətəndaş 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərdir ki, onların hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.
Qalan şəxslər isəhəlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır.
Sərəncamla onların hər birinə 500manat məbləğində birdəfəlik maddi yardım verilməsi təmin ediləcək.
Sərəncamla birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beşmilyon manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın icrası təmin edilməklə, birdəfəlik maddi yardım İkinci Dünya Müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.
7News.
Virtualaz.org digər xəbərlər