Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb (FOTOLAR)

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb (FOTOLAR)

Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayon sakiniİlqar Həsənalı oğlu Nəcəfovunməzarı 25 ildən sonra İmişlidə aşkarlanıb.

"Report”un xəbərinə görə, Neftçalanın Xolqarabucaq kənd sakini, Qarabağ savaşında itkin düşmüş şəhidin atasıHəsənalı Nəcəfovİmişlinin Şəmmədli kənd qəbristanlığında naməlum şəhid məzarlarının olduğunu eşidir. Rayonun axunduAdıgözəl Bəşirovlaəlaqə saxlayıb öyrənir ki, vaxtı ilə həmin qəbristanlıqda 32 naməlum şəhid dəfn olunsa da, artıq 25-nin şəxsiyyəti müəyyənləşib. Amma 7 şəhidin qəbri hələ də naməlum olaraq qalır. Şəhidlər dəfn olunarkən onların şəkilləri də çəkilib. Şəhidin atası Həsənalı Nəcəfov özü ilə apardığı oğluna aid olan şəkli təqdim edərkən axund Adgözəl Bəşirov şəklin dəfn olunan şəhidlərdən birinin şəkli ilə uyğun gəldiyini bildirib. Daha sonra axund İlqar Nəcəfovun dəfn olunduğu məzarın yerini şəhidin atasına göstərib.

Şəhidin atası Həsənalı Nəcəfov Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndinə köçürülməsi üçün köməklik istəyib. Şəhid atasının müraciəti əsasında aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzarın köçürülməsi üçün İmişli rayonunun Şəmmədli kəndinə gedib, məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb. Bu gün axşam saatlarında şəhidin nəşinin qalıqları çıxarılaraq Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşmüşdü.

www.anews.az

loading...

Hadisə xəbərləri
Anews.az digər xəbərlər
BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

25-04-2019 15:03 - Anews.az - İqtisadiyyat
*Azərbaycanda adaptiv liderlik bacarıqlarının və təcrübələrinin formalaşdırılması*Dyuk Universitetinin Fuqua Biznes Məktəbinə aid sertifikatlı proqramın yerli universitetə gətirilməsi*Yerli təşkilatlarda çevik və adaptiv biznes idarəetmə bacarıqlarının yaradılmasına yardımBP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – "SOCAR”, "TPAO”, "PETRONAS”, "Chevron”, "LUKOIL”, "NİCO”, "Equinor”, "INPEX”, "ExxonMobil”, "SGC”, "ITOCHU”, "ONGC”, "TOTAL”, "Eni” – bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər. Proqram məhz bu sahədə ölkədə potensialın yaradılmasına yardım edəcək və biz ölkədə bu potensialın yaradılması məqsədilə iki aparıcı universiteti - ADA Universitetini və Dyuk Universitetini bir araya gətirməkdən məmnunluq duyuruq.”ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə dedi: "ADA Universiteti olaraq biz BP və tərəfdaşları ilə olan bu tərəfdaşlıqdan çox məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq şirkət rəhbərlərini cəlb etmək, onlara bazarda mühüm olan yeni səriştələr aşılamaq üçün bizim İxtisasartırma Təhsil proqramımıza yeni vasitələr təmin edəcək və Azərbaycanda potensialın yaradılması üzrə keçirilən proqramlarda universitetimizin aparıcı rolunu daha da möhkəmələndirəcək.”Layihənin dəyəri 882 000 dollardan çoxdur və layihə müddəti iki ildir.