“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat

“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat

Fransa prezidentliyinə namizəd, “Millicəbhə” partiyasının lideri Marine Le Pen “Nouvelles d’Armenie” jurnalınaaçılqmasında Qarabağla bağlı sərsəm bəyanatla çıxış edib.

Moderator.az erməni mətbuatına istinadənxəbər verir ki, prezidentliyə namizəd açıqlamasında Qarabağın Ermənistanla birləşməliolduğunu bildirib.

Bundan başqa, Marine Le Pen bildiribki, prezident seçiləcəyi təqdirdə Fransadan bütün radikal islamçıları qovacaq.

1915-ci il olaylarına da toxunan namizəd, Türkiyənin “tarixinin bu qorxunc səhifəsinə” ciddi yanaşmasının vacib olduğunuqeyd edib.

Məlumat üçün qeyd edək ki, Fransa Minskqrupunun həmsədr ölkələrindən biri olsa da, zaman-zaman daha çox ermənipərəst bəyanatlarıilə diqqət çəkib.

Seymur ƏLİYEV

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər