“Qarabağ” rəqibini darmadağın etdi

“Qarabağ” rəqibini darmadağın etdi

Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ” debütant “Sabah”ı darmadağın edib.


Oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


“Qarabağ”ın heyətində Riçard Almeyda, Filip Ozobiç və Mahir Mədətov fərqlənib.


Bu qələbə sayəsində xallarını 54-ə çatdıran “Qarabağ” çempionatın vahid lideri olub.


Qeyd edək ki, Ağdam təmsilçisinin əsas rəqibi “Neftçi” “Səbail” ilə qarşılaşacaq.(oxu.az)

Açar sözlər
Riçard Almeyda , Mahir Mədətov , Azərbaycan , Qarabağ , Ağdam , Səbail
İdman xəbərləri
Moderator.az digər xəbərlər