““Qarabağ” sürprizə izn verəcəkmi?” – Rövşən Binnətli

Bu gün Topaz Premyer Liqasında 24-cü turun 2 oyunuı keçiriləcək. İlk oyun günündə “Qarabağ” – “Sabah” və “Zirə” – “Sumqayıt” matçı baş tutacaq.
“Yeni Sabah” matçlarla bağlı CBC Sport-un futbol şəhçisi Rövşən Binnətlinin fikirlərini öyrənib. O, açıqlamasında “Qarabağ”ın bu gün xal itirməyəcəyini fikirləşdiyini bildirib:
"Qarabağ" debütantla 4-cü oyununa çıxır. "Sabah"ın Ağdam klubu üzərində qələbəsi yoxdur, lakin əvvəlki 3 görüşün ikisində onu büdrətməyə nail olub. Bu gün "Qarabağ"ın yarış cədvəlinin zirvəsində olmamasında məhz "Sabah"la qarşılaşmalarda itirdiyi 4 xalın rolu böyükdür. Məncə, bu gün çempion sürprizə imkan verməyəcək”.
R. Binnətli “Zirə” – “Sumqayıt” matçının prinsipiallığını vurğulayıb və “Zirə”nin “Sumqayıt”dan bir addım öndə olmasını söyləyib:
"Zirə" - "Sumqayıt" görüşünə gəlincə, bu matçı prinsipial edən məqam var. Baş məşqçilərin qarşılıqlı şəkildə yerlərini "dəyişməsini" nəzərdə tuturam. Hansı ki, həmin təəccüb doğuran "transferlərdən" tərəflərin hər ikisi itirdi - indi nə "Sumqayıt" əvvəlki gücündədir, nə də "Zirə". Bununla belə, oyun olaraq mübarizənin gərgin keçəcəyini düşünürəm. Bu mövsüm matçların 2-də qalib gəlib 1-də uduzan qəsəbə təmsilçisi, zənnimcə, bir addım öndədir”.
Naibə Məmmədova
Yenisabah.az