Qarabağdakı qondarma rejim yalnız ordumuzdan deyil, mediamızdan da qorxurmuş...

Qarabağdakı qondarma rejim yalnız ordumuzdan deyil, mediamızdan da qorxurmuş...

Qarabağda, Azərbaycanınişğal edilmiş torpaqlarında yaradılan qondarma rejim Azərbaycan mediası iləbağlı açıqlama yayıb.

Moderator.az erməni mətbuatınaistinadən xəbər verir ki,Azərbaycan mediasını qeyri-obyektiv açıqlamalaryaymaqda ittiham edən qurama rejimin “Müdafiə Nazirliyi”, atəşkəs rejiminə əməletdiklərini, mülki insanlara atəş açmadıqları ilə bağlı riyakar bəyanat yayıb.

Məlum bəyanatda diqqət çəkənməqamlardan biri də qondarma rejimin hərbi dairələrinin Azərbaycan mediasınıonlara “həmlə etməkdə” ittiham etməsi ilə bağlıdır. Belə ki, sözügedən rejimin “MüdafiəNazirliyi” Azərbaycan mediasının onlara “həmlə etdiyini”, bu həmlələrinnarahatlıq doğurduğunu vurğulayıb.

Görünən odur ki, qondarmarejim və onların himayədarları yalnız Azərbaycan ordusundan deyil, Azərbaycanmediasından da yetərincə qorxur. Düşmən mediamızı “hücum cəhdlərində” ittihametməsi, bununla bağlı öz təşviş və narahatlığını dilə gətirməsi buna nümunədir.

Seymur ƏLİYEV

Açar sözlər
Seymur Əliyev , Müdafiə Nazirliyi , Azərbaycan , Qarabağ
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər