Qarabağla bağlı birbaşa kömək etmək istəyirik - Lavrov

Qarabağla bağlı birbaşa kömək etmək istəyirik - Lavrov

Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə İrəvan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik.

Axar.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə bildirib.

"Bilirəm ki, Sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. Mənim həmkarım və dostum Elmar Məhərrəm oğlu Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq. İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək", - Lavrov vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Azərbaycanda yeni qurum yaradıldı - PREZİDENTDƏN DAHA BİR SƏRƏNCAM

Azərbaycanda yeni qurum yaradıldı - PREZİDENTDƏN DAHA BİR SƏRƏNCAM

14-12-2018 00:00 - Sonxeber.az - Siyasət
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılır Müəyyən edilir ki, Cəmiyyət "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir; bu Fərmanda nəzərdə tutulan müddət ərzində "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir; Cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir; Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir; Cəmiyyətin İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edir.
Olaylar.az digər xəbərlər