"Qarabağla bağlı özəl diplomatiya ola bilməz" - Fransalı diplomat

"Qarabağla bağlı özəl diplomatiya ola bilməz" - Fransalı diplomat

Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz.

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da İrəvanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.

“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verməlidir”, - səfir vurğulayıb.

C.Lakot deyib ki, ATƏT-in Minsk Qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir.

Siyasət xəbərləri
Modern.az digər xəbərlər