Qaragüruh müxalifət hələ də küçə təfəkküründədir

Qaragüruh müxalifət hələ də küçə təfəkküründədir

Mitinqlər, küçə yürüşləri Əli Kərimli və Arif Hacılı üçün gəlir mənbəyinə çevrilib

Son günlər milli və dövlətçilik maraqlarını satmaqla əldə etdikləri qrantlar hesabına xaricdə mülklər alan, övladlarını müxtəlif ölkələrin təhsil ocaqlarında oxutduran Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri bir qədər fəallaşıblar. Populist açıqlamalar, bəyanatlar verməyə daha çox meyil göstərən bu ünsürlər mitinqlər keçirməyə və bununla da, xarici ağalarının diqqət mərkəzinə çevrilməyə cəhdlər göstərirlər. Halbuki bu məxluqlar aksiyaların onların istək və arzularına uyğun baş tutmadığını başa düşür və dərk edirlər ki, cəmiyyət onları qəbul etmir, bu səbəbdən də mitinqlər iflasa uğrayır. Siyasi analitiklər isə, bu fikirdədir ki, aksiyaların hansı rüsvayçılıqla nəticələnməsinə baxmayaraq, bu müxalif başbilənlərini narahat etmir. Demək olmaz ki, müxalifət liderləri acı taleləri ilə barışırlar. Düşündükləri ancaq maddi və mənəvi dəstək aldıqları xarici maraqlı dairələrə öz yaramaz fəaliyyətlərini nümayiş etdirməkdir.

Tay axtarıb, elə öz tayını tapar

"Turan" TV, "Meydan" TV "Azərbaycan saatı” kimi təbliğat maşınları bu mənəviyyatsızlar üçün xəyanət tribunası rolunu oynamaqla, çirkin fəaliyyətlərini təbliğ edirlər. Erməni lobbisi ilə illərdən bəri əməkdaşlıq edən, Leyla və Arif Yunuslar, Xədicə İsmayıl, Ələkrəm Hümmətov, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Azər Kazımzadə, Emin Milli və digərləri də dağıdıcı xislətli müxaliflərə şər və böhtan kampaniyasının aparılmasında öz xislətlərinə uyğun dəstək nümayiş etdirirlər. Azərbaycanın iqtisadi inkişafına, diplomatik uğurlarına qara yaxan və xaricdə mühacir həyatı yaşayan "söyüş qrupu" saxtakarlığa üstünlük verərək gercəyi gizlədir, özlərini demokratiya tərəfdarları kimi təqdim etməyə cəhdlər göstərirlər. Reallıqda isə mühacir həyatı yaşadıqları, əslində isə, sığındıqları Avropa ölkələrində belə qəbul olunmayan, yalnız Azərbaycana qarşı qara piarlarda vasitə kimi istifadə edilən bu satqınların yaşadığı yer elə çirkinliklərinin təqdim olunduğu iaşə obyektləri, avtobus dayanaqcaqları və tualetlərdir. Necə deyərlər, mikrob elə mürdar yerdə qol-qanad açar. Bu baxımdan, onların Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri ilə eyni fərqə malik olmalarından təəccüblənməyə dəyməz. Yəni tay axtarıb, elə öz tayını tapar.

Mənəviyyatsızdan əxlaq gözləməyə dəyməz

Bir sözlə, qısaca onu demək olar ki, çirkin siyasət aparan müxalif partiya sədrləri xaricdəki vətənsiz şivənlərlə fəaliyyətlərini uzlaşdırırlar. Qaragüruh müxalif başbilənləri xaricdəki "söyüş qurupu"na Azərbaycana qarşı antitəbliğat kampaniyası aparmağın istiqamətlərini çatdırırsa, qarşı tərəf də, əvəzində, onlara erməni pərəst dairələrlə necə əlaqə qurmağın yollarını göstərir. Xüsusilə də, Ə.Kərimli xarici işbazların qucağında oturmaq üçün dəridən-qabıqdan çıxır. Çünki özünü reklam etmək üçün gah mitinqlər keçirməyə, gah da sosial şəbəkələrdə şər və böhtan kampaniyası aparmaqda fəallıq göstərməyə çalışır. Məhz bu cür anormal mövqeyinə gösrə, cəmiyyətin hiddət və qəzəbinə düçar olur. Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bildirib ki, Ə.Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub: "Ə.Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti, məhz Qərbə satılmağa köklənib. Ə.Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların və qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır".

İ.ƏLİYEV

Siyasət xəbərləri
Sia.az digər xəbərlər
Əvəz Zeynallı, gəl, “SƏS” qəzetindən üzr istə! CAVAB HAQQI

Əvəz Zeynallı, gəl, “SƏS” qəzetindən üzr istə! CAVAB HAQQI

05-04-2019 13:52 - Sia.az - Siyasət
müxalifətyönlü qəzetlərini demirəm - R.N.) dövlət və hakimiyyət nümayəndələrinə qarşı izafi, iyrənc, heç bir mənəviyyata sığmayan təhqirləri məhz həmin qəzetlər yazmırdılarmı?! Əcəba, bu məsələləri niyə etiraf etmirsən Ə.Zeynallı?! Nə əcəb əlində bircə “SƏS” qəzeti “bitib”?! Ona görə ki, həmin dövlərdə bizlərə qarşı yazılan təhqirlərə kəskin cavablara görəmi?! Yoxsa elə sanırsan ki, onlar təhqir edəcəkdilər, hakimiyyətin mövqeyini müdafiə edən jurnalistlər susacağıydılar?!Sən – Əvəz Zeynallı özünü aydan arı, sudan duru kimi təqdim edirsənsə, dələduz və qrantyeyənlərin yanlarında nə gəzirsən?!Niyə debatdakı çıxışında xatırlatmadın ki, bu gün özünün də təmsil olunduğun müxalifət cameəsi siyasətlə deyil, qisasçılıq hissi ilə yaşayırlar – istər bir-birlərinə, istərsə də iqtidara qarşı?! 2003-cü ilin 15-16 oktyabr hadisələrində “SƏS” qəzetinin redaksiyasına hücum planı təşkil edənlər bunu 1992-ci ildə də etməmişdilərmi?! Nə oldu, bu gün demokratik mətbuatı “qeyri-demokratik mətbuat” adlandıranlar elə həmin məxluqlar deyillərmi, özünün də təmsil olunduğun “Media Klubu”nun bəzi başbilənləri, elə Mehman Əliyevi götürək, dələduz deyilmi Ə.Zeynallı?! Axı nəinki bizdə, eləcə də digər mətbu orqanlarda M.Əliyevin Sorosun Bakı bürösuna rəhbərliyini sübut edən (!) faktlar, onun qrantyeyənliyini isbatlayan dəlillər mövcuddur. Sən – Ə.Zeynallı özünü aydan arı, sudan duru kimi təqdim edirsənsə, dələduz və qrantyeyənlərin yanlarında nə gəzirsən?! Məqsədin bəllidir – xarici havadarların bilavasitə sifarişləri əsasında yaradılmış, “Media Klubu”ndakı jurnalistika” adı altında gizlənmiş siyasi dəllallardan nə isə ummaq üçün.