Qaramalın fransaielloz xəstəliyindən qorunmasına dair məsləhətlər (+FOTOLAR)

Qaramalın fransaielloz xəstəliyindən qorunmasına dair məsləhətlər (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların diqqətinə çatdırır ki, heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan fransaiellozu törədən gənələrin aktivləşməsi başlayır. Heyvandarlıqla məşğul olan fermerlər və sahibkarlar fransaielloz xəstəliyinin qarşısını almaq üçün aşağıda qeyd olunan məsləhətlərə əməl etməlidirlər.

Məlumat üçün bildiririk ki, qaramalın fransaiellozu “Franceaillacolchica” paraziti tərəfindən törədilən yüksək hərarətli, iti gedişli, çox tələfat verən və mövsümi xarakterli invazion xəstəlikdir. Fransaielloz Azərbaycanın aran zonalarında, xüsusilə, Kür-Araz ovalığında, Böyük Qafqaz və Kiçik Qafqazın dağətəyi ərazilərində, Talış dağlarının dəniz səviyyəsindən təxminən 1000 m-dən yüksək olmayan yerlərində “B.calcaratus” gənəsinin yayıldığı bütün zonalarda müşahidə edilir. Fransaielloza qaramal və zebular tutulur. Camışların da bu xəstəliyə həssaslığı qeydə alınmışdır.

Fransaielloz aran rayonlarında mart ayından başlayaraq getdikcə şiddətlənir və may ayında yüksək səviyyəyə çatır. İyunda nisbətən azalır, iyulda yenidən artır və avqustun axırına qədər şiddətlə davam edir. Bundan sonra tədricən azalır, payızda isə xəstəliyə nadir hallarda təsadüf olunur.

Dağətəyi rayonlarda isə bu xəstəlik yaz, yay və payız aylarında müşahidə edilir. Xəstəliyin törədicisi təbiətdə uzun müddət yaşaya bilir.

Fransaielloz zamanı heyvanın hərarəti 41-42°C-dək yüksəlir və 3 gündən 12 günə qədər bu vəziyyətdə qalır. Xəstəliyin ilk günündən heyvan iştahasını itirir, naxırdan geri qalır, yatır, az müddətdə zəifləyir və arıqlayır. Yoluxmuş heyvanlar tez yorulur, südü azalır. Bəzi hallarda südün rəngi və dadı dəyişmiş olur.
Mədə-bağırsaq sistemində əvvəlcə qəbizlik, sonra isə qanlı ishal baş verir. Xəstəliyin 3-4-cü günləri sidikdə qan müşahidə edilir, selikli qişalar sarı rəngə boyanır. Qanda eritrositlərin miqdarı kəskin surətdə azalır və nəticədə anemiya baş verir. Xəstəlik kəskinləşdikcə sidik qan rəngində olur, sarılıq artır, ürək döyüntüsü şiddətlənir və nəbz vurğusu çoxalır. Xəstə heyvan ayaq üstə dayana bilmir, inilti ilə nəfəs alır, qulaqları sallanır. Heyvanın vəziyyəti ağırlaşdıqda hərarəti normadan 1-2°C aşağı düşür, gözləri çökür. Müalicə edilmədikdə xəstəlik kəskinləşir və heyvan 5-6 gün müddətində tələf olur.
Xəstəliyin baş verməməsi üçün ilk növbədə gənələri məhv etmək lazımdır. Profilaktika məqsədilə həssas heyvanlar hər 6-7 gündən bir akarisid əleyhinə (baytar həkiminin təyinatı ilə) preparatlarla işlənməli və heyvan saxlanılan binalar dezinseksiya edilməlidir. Otlaq və düşərgələrin lazımsız kol-kosdan təmizlənməsi də gənələrin yayılmasına mane olur.

Kimyəvi profilaktika məqsədilə heyvana müalicə dozasında 10-14 gündən bir dəri altına parazitotrop dərman preparatı (baytar həkiminin təyinatı ilə) vurulur.

Heyvanlar ilin isti fəsillərində akarisid preparatlarla xüsusi vannalarda və çiləyici duş qurğularında çimizdirilir, heyvanların gəzinti sahələrinin dezinseksiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Heyvan saxlanılan binalar həftədə bir dəfə gənələrə qarşı dezinseksiya edilməlidir.

Gənələrlə mübarizə məqsədilə aqromeliorativ tədbirlər və növbəli otarma sahələri mühüm rol oynayır.
Heyvanda qan-parazitar xəstəliyi baş verən zaman diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriya tərəfindən təsdiqlənməlidir.

Heyvanlarda fransaiellozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Onu da xatırladaq ki, son illər sahibkarlar tərəfindən baytar həkiminə müraciət etmədən fransaielloza qarşı aparılan tədbirlər nəticəsində heyvanlar arasında kütləvi zəhərlənmə və ölüm halları baş vermişdir. Bunları nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha diqqətinə çatdırırıq ki, heyvanlarda yuxarıda adı çəkilən xəstəliyin əlamətləri müşahidə edilərsə, dərhal ərazinin sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən fransaielloza qarşı aparılan müalicə və profilaktik işləri baytar həkiminin məsləhəti və iştirakı ilə aparılmalıdır. Əks təqdirdə baş verə biləcək fəsadlara görə heyvan sahibi məsuliyyət daşıyır.

!© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

İqtisadiyyat xəbərləri
Azpress.az digər xəbərlər
Laçın rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Şura iclası keçirilib  + FOTOLAR (AZpress.AZ – İ.Mais)

Laçın rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Şura iclası keçirilib + FOTOLAR (AZpress.AZ – İ.Mais)

08-05-2019 15:20 - Azpress.az - Siyasət
Taxta Körpü ərazisində olan abonentlərin müraciəti əsasında 130 ədəd smart tipli sayğac quraşdırılmışdır.
Cari ilin ötən dövründə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Qaradolaq və Mişni nasos stansiyasında təmir işləri aparılmış, 25-110 mm-lik su xətlərinin 118 p/m hissəsi yenisi ilə əvəz olunmuş, obalarda və qəsəbələrdə daxili su xətlərində cari təmir aparılmışdır.
Eyni zamanda bildirilmişdir ki, 2019-cu ilin birinci rübündə müxtəlif sahələrdə xeyli işlər görülməsinə baxmayaraq il ərzində də Taxta Körpü ərazisindəki obalarda müvafiq Dövlət Proqramı ilə nəzərdə tutulmuş qəsəbələrin tikintisi ilə bağlı görüləcək işlərin mərhələli həlli, 552 ailəlik qəsəbənin suvarma suyu ilə təmin edilməsi, ərazidə nəzərdə tutulmuş abadlıq işlərinin vaxtında başa çatdırılması, obalarda daxili avtomobil yollarının təmiri, taxıl sahələrinin vaxtında biçilməsi və məhsulun itkisiz yığılması, ting sahələrinin becərilməsi və barama istehsalının təmin olunması, əhalinin məşğulluğunun artırılması və özünü məşğulluq proqramlarına cəlb olunması qarşıda duran vəzifələrdəndir.
Məruzə ətrafında Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadovanın, Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Sahib Quluyevin, Laçın Rayon İcra Hakimiyyəti başçısının Hacıxanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fazil Budaqovun çıxışları dinlənilərək ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
İclasın sonunda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov çıxış etmişdir.

Fotomüxbir Mais Amin AZpress.
Ağcabədidə konfrans keçirilmişdir  + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

Ağcabədidə konfrans keçirilmişdir + FOTOLAR (AZpress.AZ – İ.Mais, Ağcabədi)

08-05-2019 11:55 - Azpress.az - Siyasət
AZ- ın bölgə müxbiri xəbər verir ki, konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, qonaqları salamlamış, konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il ildönümü münasibətilə keçirilən Beynəlxalq Elmi Konfransın davamı olaraq bölgələrdə davam etdiyini bildirmiş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat vermişdir.
Konfransda Azərbaycan Dillər Universitetinin dosenti Ceyhun Alıyev “Multikulturalizm və dini identiklik” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva “Heydər Əliyev-Azərbaycançılıq ideologiyası və multikulturalizm” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda Məhərrəmova “Multikulturalizm Azərbaycanda Beynəlxalq münasibətlərin elementi kimi” mövzusunda, Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün məktəbinin müəllimi Gülbuta Tahirova “Heydər Əliyevin gənc nəslə tövsiyələri ” mövzusunda, həmin məktəbin müəllimi Mehriban Behbudlu “Heydər Əliyev və Azərbaycan məktəbi” mövzusunda çıxış etmişlər.
Tədbirin sonunda Xocavənd rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbin V sinif şagirdi Sərmayə Mehralıyeva şeir söyləmiş, məktəbin direktoru Sürəyya Məmmədova tədbirdə iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirmiş, ucqarda yerləşən bir köçkün məktəbində Beynəlxalq konfransın təşkili üçün öz minnətdarlığını ifadə etmişdir.

Fotomüxbir Mais Amin AZpress.