“Qardaşımın ciyərində problem var idi...”- Fikrət Qoca qardaşının vəfatından danışdı...

“Qardaşımın ciyərində problem var idi...”- Fikrət Qoca qardaşının vəfatından danışdı...

Xəbər verdiyimiz kimi dünən xalq şairi Fikrət Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca dünyasını dəyişib.


Fikrət Qoca Moderator.az-a açıqlamasında bildirib ki, qardaşı uzun müddətdir ki, xəstə olub:


“Başsağlığı verdiyiniz üçün çox sağ olun. Hamlet üç ay idi ki, xəstəydi, yatırdı. Müalicəyə getmişdi. Hamletin ciyərində problem var idi. Dünən 77 yaşında dünyasını dəyişdi”.


Qeyd edək ki, Hamlet Qoca 1942-ci ildə anadan olub. Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Bir çox əcnəbi yazıçıların kitablarını dilimizə tərcümə edib.


Allah rəhmət eləsin!

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər